22 C
Bakı
16 Oktyabr 2026 10:45
DünyaSiyasət

Zelenski: “Sülh ləyaqətli olmalı, suverenlikdən güzəşt yoxdur”

Volodimir Zelenski bildirib ki, Donald Tramp administrasiyası tərəfindən müharibəni daha tez bitirmək üçün müəyyən təzyiq hiss olunur. Onun sözlərinə görə, Ukrayna sülhün tezliklə əldə olunmasını istəyir, lakin bu sülh “ləyaqətli” olmalı və ölkənin suverenliyi hesabına başa gəlməməlidir.

Kiyev nəzarətində olan Donbas ərazilərindən geri çəkilməyə hazır deyil. Kompromis variant kimi həmin bölgədə azad iqtisadi zona yaradılması ideyasının nəzərdən keçirilə biləcəyi qeyd olunur.

“Əsas sual budur: Rusiya nəyə hazırdır? Biz Moskva tərəfindən heç bir kompromis eşitmirik”, – deyə Zelenski vurğulayıb.
ABŞ tərəfinin Ukraynaya bildirdiyinə görə, Rusiya Ukrayna ordusunun Donbasdan çıxacağı təqdirdə müharibənin tezliklə dayandırılmasına “zəmanət” verə bilər. Lakin Kiyev üçün belə bir ssenari qəbuledilməz hesab olunur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor