CəmiyyətHadisəKriminal

Tariximizin ən ağrılı səhifələrindən bir neçəsi məhz Fevralda yaşanıb.

1) Türkmənçay müqaviləsi (10 fevral 1828): Bu müqavilə ilə Azərbaycanın şimalı və cənubu bir-birindən ayrılıb, xalqımız böyük bir coğrafi və siyasi parçalanma yaşayıb.

2)Malıbəyli və Quşçular Qətliamı (10-12 fevral 1992) Şuşa rayonunun Malıbəyli və Quşçular kəndləri fevralın əvvəllərində mühasirəyə alınaraq hücuma məruz qalıb. Bu kəndlərin işğalı zamanı onlarla dinc sakin öldürülüb, kəndlər isə tamamilə yandırılıb.

3) Qaradağlı Faciəsi (17 fevral 1992)
Xocalıdan cəmi bir neçə gün əvvəl Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli qətliam törədilib. Erməni birləşmələri kəndi işğal edərək dinc sakinləri kütləvi şəkildə güllələyib və diri-diri quyulara doldurublar.

4) Murovdağ Əməliyyatı (yanvar-fevral 1994)
Çoxsaylı çox əsgər və zabit itirilmişdir.
Bu itkilərin böyük əksəriyyəti döyüşdə deyil, donaraq və qar uçqunları altında qalaraq şəhid olub

5) Bakıda qadın qiyamı və ya “Babiy bunt” — 1916-cı ilin fevral ayında qıtlığa və qiymət artımına qarşı baş verən qadın qiyamı. 100 dən çox qadın üsyan zamanı rus əsgərləri tərəfindən yaylım atəşlə qətl edilib

6)Şamaxı Zəlzələsi (13 fevral 1902)
Şəhər demək olar ki, tamamilə dağılmışdı. Rəsmi rəqəmlərə görə 2000-dən çox insan həyatını itirmiş, minlərlə ev yerlə-yeksan olmuşdu. Bu hadisədən sonra Şamaxının bir çox qədim memarlıq abidəsi və tarixi irsi məhv oldu.

7)Bakıda 1905-ci il fevral qırğınları (6-9 fevral 1905) Rusiyada başlayan inqilab fonunda çar Rusiyasının dəstəyi ilə erməni silahlı dəstələri Bakıda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib.

8)Bakı-London Aviareysinin Qəzası (24 fevral 2001) Bakıdan Londona uçan “İl-76” yük təyyarəsi dumanlı hava şəraitində qəzaya uğradı. Heyət üzvlərinin hamısı həlak oldu. Bu hadisə həmin dövrdə ölkədə böyük üzüntü ilə qarşılanmışdı.

9) Xocalıya kömək cəhdi və “Vertolyot faciəsi” (Şuşa, 1992-ci ilin fevralı)
Xocalı soyqırımından cəmi bir neçə gün əvvəl, blokadada olan şəhərə və ətraf kəndlərə kömək etməyə çalışan helikopterlərimiz hədəfə alınırdı. Bir neçə uçuş zamanı mülki şəxslər və hərbçilər şəhid oldular ki, bu da Xocalının tamamilə təcrid olunmasına və 26 fevral faciəsinə gedən yolu açdı

10) Böyük terror” və ziyalıların repressiyası (fevral 1937–1938)
Stalin repressiyalarının ən şiddətli dövrü məhz qış aylarında, xüsusən fevralda pik həddə çatmışdı. Azərbaycanın savadlı beyinləri, yazıçı və şairləri, dövlət xadimləri məhz bu fevral gecələrində həbs edilir və güllələnirdi.

11) Gəncənin süqutu (fevral 1804)
Rusiya-Qacar müharibələri dövründə Azərbaycanın ən qədim şəhərlərindən olan Gəncənin işğalı fevralın əvvəllərində tamamlanıb. Cavad xanın rəhbərliyi ilə qəhrəmancasına müdafiə olunan Gəncə qalası rus qoşunları tərəfindən zəbt edildi.

12) İrəvan Quberniyasında azərbaycanlıların deportasiyası (fevral 1948–1950)
SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarının icrası məhz qış aylarında, fevralda daha da intensivləşmişdi

13) Kürdəmir Hava Qəzası (fevral 2010)
Azərbaycan Hərbi Hava Qüvvələrinin tarixindəki ağır hadisələrdən biridir. 11 fevral 2010-cu ildə hərbi təlim uçuşu zamanı “Su-25” tipli döyüş təyyarəsi qəzaya uğradı. Təcrübəli pilotlarımız şəhid oldular. Bu hadisə hərbi aviasiyamız üçün böyük itki hesab olunur.

Bu ağır ayı heç sevmədim və məhz bu ayda bu qədər itki və faciələr fonunda sevgililər gününün qeyd edilməsi məni üzür.

 

Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Xankəndidə erməniləri şoka salan “azərbaycanlı” görün kim imiş… – Foto

redaktor

Namiq Mənadan deputatın meyxana ilə bağlı fikirlərinə reaksiya: “Hamıya şamil etmək düzgün deyil…”

redaktor

Ünvanlı sosial yardımın aylıq məbləği artıb

redaktor