GündəmSiyasət

Dövlətə qarşı ittiham və ağır suallar

Azərbaycan vətən tam müstəqilliyə müdhiş bir keçid dövrü yaşayır, müdhiş hadisələrlə üzləşir. Söhbət, Dövlət Təhlükəsizlik Xidmətinin bu gün yaydığı istintaq materialları və faktlardan gedir. Hansı ki, bu dövlət orqanının da iddiasına görə, Dövlətin Konstitusion quruluşuna qarşı yönəlir.

Və bu ağır ittihamla iqtidar və müxalifətin bəzi üzvlərinin dövlətə qarşı birgə əməlləri bildirilir. Xüsusilə də xarici bəzi anti-azərbaycan dövlət xüsusi xidmət orqanları ilə sıx əlaqəli olmaqla.

DTX-nin yayımını diqqətlə izlədim. Yayılan fakt və materiallar, ibtidai istintaqda əldə edilmişdir və hüquqi cəhətdən tam dolğun ittiham halına salınması üçün, aparılacaq sonrakı istintaq və məhkəmə prosesi gedişinə ehtiyac var. Ancaq təəssüflər olsun ki onları inkar etmək də olmur.

Çünki, bir hüquqşünas təhqiqatçı kimi 2013-də Moskvanın Azərbaycana qarşı müdhiş çevriliş planı olmasını yaxşı bilirəm. Və bu planda isə, ölkə iqtidarı və müxalifəti içindən bəzi, təbəqə və şəxslərdən yaralanma cəhdlərini də bilirəm. Təəssüf ki, ölkəmizdən bu “blefə” düşən olub!

Bir müstəqii, siyasi tərəfsiz insan kimi, ölkədə iqtidar, ya müxalifətin içindən kiminsə qanuni yolla İlham Əliyevlə, prezidentlə ölkə və xalqa xoş niyyətli siyasi rəqabət aparmasına sözüm yoxdur və bu, Konstitusiyada da təsbit olunub.

Ancaq, bunu Azərbaycana düşmən olan xarici dövlətlərin dəstəyi və birliyində və zorla etmək cəhdi olursa, bu nə deməkdir? Vətənə xəyanət. Moskva gəlib burda nə edəcəkdi? İlk anındaca sizləri kənara ataraq, öz, “İvanişvilisini” hakim edəcəkdi ölkədə! “İvanişvili” bəs, nə edəcəkdi? Kreml adamı gedib Qarabağımı alacaqdı? Yox. Gürcüstanda Abxaziya, Cənubi Osetiyanı alıb? İşğaldan qalan Azərbaycanı da Rusiyanin rəzil vilayətinə çevirəcəkdi də. Biz Qərbmi görərdik?

Nə isə, çox böyük, acı və ayıb yanlışlıq olub bu anti-ölkə mövqeyi, öz hüquqi təsdiqini taparsa və yanlışlıq dediyim təqsirə-günaha çevrilərsə. Nəyi istəsən oyuna qoy, müqəddəs vətəni yox!

 

İlqar Altay.

Tacxeber.com

Oxşar xəbərlər

Ağaclara içməli su verməyi dövlət qadağan edib?

redaktor

“Abdullah Öcalanın ‘Barış ve Demokratik Toplum Çağrısı’ bölgə xalqları üçün ‘ümid işığı’ kimi dəyərləndirilir.”

redaktor

Xalq artisti həyəcan təbili çaldı: “Elə bir təhlükə qarşısındayıq ki…”

redaktor