1 C
Bakı
06 Fevral 2026 00:06
DünyaSiyasətŞou

Qəhrəmandan günah keçisinə: beynəlxalq siyasətin ikiüzlü üzü

Vaxt var idi Qərb Zelenskini demokratiyanın simvolu, müasir dövrün qəhrəmanı kimi təqdim edirdi – jurnalların üz qabığında, parlamentlərin tribunalarında alqışlanırdı. Bu gün isə eyni dairələrdə artıq suallar verilir: gedən milyardlar hara xərclənir, kimlər qazanc əldə edir və bu müharibə nə vaxta qədər davam edəcək?

Alman deputatı Alice Weidel, Macarıstanın baş naziri Viktor Orban, ABŞ senatoru Rand Paul, Konqres üzvü Marjorie Taylor Greene və Slovakiyanın baş naziri Robert Fico artıq açıq şəkildə sərt ittihamlar irəli sürürlər.

Dünən toxunulmaz sayılan fiqur bu gün açıq şəkildə tənqid hədəfinə çevrilib. Tarix boyu belə olub: maraqlara uyğun gələndə qəhrəman yaradırlar, maraqlar dəyişəndə isə eyni adamı günah keçisinə çevirirlər.

Əslində məsələ tək bir şəxsdə deyil. Söhbət böyük pullardan, silah sənayesindən, geosiyasi oyunlardan və xalqların taleyinin biznesə çevrilməsindən gedir. Qəhrəman obrazı da, “oğru” damğası da çox vaxt həqiqətdən yox, siyasi ehtiyacdan doğur.

Yəni bu dəyişən münasibət beynəlxalq siyasətdə göstərir ki, dostluq da, düşmənçilik də daimi deyil – daimi olan yalnız maraqlardır.

Bütün bu oyunlardan əziyyət çəkənlər isə siravi insanlardır, xalqlardır.

Nura Suri

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenko qalib gələrək 7-ci dəfə prezident seçildi – VİDEO

redaktor

“Kəndlər təslim olunsa, Azərbaycan daha əlverişli mövqedə olacaq” – Tatoyan

redaktor

İsrailin milli təhlükəsizlik nazirinə çimərlikdə hücum etdilər

admin