“Jerusalem Post” qəzetinin məlumatına görə, açıqlanan “Epstein sənədləri” arasında maliyyəçi ilə İsrailin keçmiş baş naziri Ehud Barak arasında “İsraili dəyişdirmək” üçün ölkəyə bir milyona qədər rusiyalı mühacirin gətirilməsi ideyasının müzakirə olunduğu söhbətin bir parçası aşkar edilib.
Nəşrin məlumatına görə, Barak ilk mərhələdə heç bir şərt qoymadan kütləvi şəkildə yəhudiliyə keçməklə pravoslav ravvinlərinin təsirini zəiflətməyin, ardınca isə ikinci nəslin adaptasiyasının vacibliyini müzakirə edir. O, həmçinin iddia edir ki, Vladimir Putinlə Rusiya immiqrasiyası məsələsini müzakirə edib və xüsusilə “gözəl qızların” gəlişinə olan marağı qeyd edib.
Qeyd olunur ki, dərc olunmuş materiallar şəxsi söhbətlərin məzmununu əks etdirir və bu cür təşəbbüslərin həyata keçirilməsini və ya rəsmi qeydiyyatını təsdiqləmir.
