2 C
Bakı
06 Fevral 2026 06:57
DünyaSiyasət

“ABŞ-ın İrana qarşı hərbi təcavüzü iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq” – Xamenei

ABŞ-ın İrana qarşı hərbi təcavüzü iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, əksinə, tammiqyaslı regional münaqişəyə çevriləcək.

Tacxeber.com “Tasnim News”a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xamenei bildirib.

Xamenei əlavə edib ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə külli miqdarda silah daşınması ilə bağlı açıqlamalarından qorxmamalıdır.

“Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək istəmirik, amma İran xalqı hücum edən və zərər verən hər kəsi qətiyyətlə dəf edəcək”, – deyə İranın ali rəhbəri vurğulayıb.(Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Onunla şouya çıxmaq istəməyən Kirkorovu fotolarla ifşa etdi – Foto

admin

Tolstopyatov qardaşlarının cinayətkar dəstəsi – Yadigar Sadıqlı

redaktor

İş adamının sərvəti bir gündə 17 milyard dollar ARTDI

redaktor