ABŞ-İran böhranı ətrafında durum son günlər bir qədər dəyişib. Gözlənilmədən Rusiya ilə Çin İrana güclü dəstəklə bağlı birgə, qəti addımlar atmağa başlayıblar. Siyasi, diplomatik və hərbi cəhətdən. Və bunu acıqca dünyaya nümayişlə.
Həm bu ara tələsikdə Rusiya-İran-Çin paktı sazişi bağlamaları və eyni zamanda İranın güc toplaması üçün bəzi aralıq ölkələr vasitəslə ABŞ hücumunu səngitmə diplomatiyası da aparmaları. Və hərbi tərəfdən də İrana güclü silah daşıma və İran ətraf sularında üçlükdə hərbi gəmi təlimi keçirmələri ilə İran mövieyini sürətli gücləndirmə üzrə intensiv iş aparılır.
Bu arada yaranan bu yeni durum artıq, Trampı İrana hücum barədə bir qədər ehtiyatlı və daha çox hazırlıqlı olmağa, yəni ki, bölgəyə müvafiq olaraq daha xeyli çox qüvvə toplamağa vadar edir. Yəni, ötən 12 günlük savaşdan fərqli, bu dəfə əslində ABŞ faktiki olaraq İran-Rysiya-Çin birliyi, koalisiyası ilə üz-üzə gəlmiş, qalmış olur.
Və indiki halda, məsələnin bu cür çox böyüyüb “şişməsi” ABŞ, Trampı görünür ki, çətin seçim qarşısında qoymuş olur: İrana hücum risqi ilə geri çəkilmə nüfuz fəsadları yaranışı arasında.
Tramp bir dəfə, ötən iyinda İsrailə dedi, get qabağa, gəlirəm. İsrail ilk günlər vurdu sarsıtdı İranı, neçə general rəhbərini, inzibati binalarını, tam hava müdafiə sistemini vurub, məhv etdi, Xamenei bunkerdə girıb gizləndi. Tramp isı özünü yetirib bitirmədi bu işi. Nəticədə İran özünə gəldi, İsraili raketlə vurub, xeyli itki verdi ona. İkinci dəfə də İran daxili etirazçılarına bəyan etdi ki, “möhkəm durun rejimə qarşı” və “yardım yoldadır, yetişir”. Sonra bunu etmədi. Yazıq camaat da inanıb, rejimlə qarşıdurmaya getdi və minlərlə itki verdi. Artıq, bu üçüncü dəfə də Tramp geri durarsa, nəticəsi özü üçün xoşagəlməz ola bilər.
Ancaq, belə görünür ki, hücum variantına daha çox ehtimal var. Belə ehtimala da, təkan verən amillər güclüdür. Birinci, ABŞ və Trampın nüfuz məsələsi olmaqla, həm də İranın bundan sonra daha da güclənib bölgədə Qərbə və regiona və əsas ərəblərə qarşı 2-i Şimali Koreya ola bilmə təhlükəsidir. İkinci amilsə, Rusiya və Çinin İranı qızışdırıb, ürəkləndrib, ABŞ-a və Trampa qarşı güzəştsiz və savaşa təhrikiçiliyə yönəltməsidir.
Çünki, aydın görürünür ki, indi İranda müharibə məhz Rusiya və Çinin planı və istəyidir. Onlara ikinci bir uzun sürən, üzücü və həm başqatıcı “Ukrayna savaş-bataqlığı” lazımdır, İran-ABŞ arası. Ancaq, ABŞ onlar düşündüyündən xeyli hərbi potensiallıdır, bu gedişatla İran rejiminin altını üstünə çevirə bilən. Bunu unutmasınlar!
P. S.
AXİOS İA-nin son məlumatına görə, Səudiyyə Ərəbistanı müdafiə naziri, şahzadə Xalid bin Salman Vaşinqtonda keçirilən qapalı brifinqdə ABŞ-nin İrana mümkün hərbi zərbələrinə dəstək olduqlarını bildirib. Qeyd edib ki, əgər Prezident Donald Tramp təhdidlərini reallaşdırmasa, İran rejimi yalnız güclənər və Ərəblər üçün pis olar.
