DünyaGündəmSiyasət

İran–ABŞ qarşıdurması: diplomatiyanın sonu və müharibə saatının işə düşməsi

30 yanvarda İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, İran ABŞ-ın saziş bağlanması ilə bağlı tələblərini rədd edir.

ABŞ ilə razılaşma faktiki olaraq İran rejimini yaşanmaz hala salacaq, bu razılaşma rejimi dərhal devirmir, İslam Respublikasının mövcudluq arxitekturasını(ideoloji, iqtisadi və güc sütunlarını) dağıdır.

ABŞ isə öz növbəsində İranın ətrafında donanmanı gücləndirməklə yanaşı Yaxın Şərqdəki bazalara dayanmadan silah, raketlər və HHM sistemləri daşımağa davam edir.

Mövcud şərait və şərtlər Trampa geri addım atmağa(sevdiyi kimi) imkan vermir və səbəb olduqca sadədir, potensial sazişin danışıq predmeti İran rejiminin boynuna asılan saatlı bombadır, təbii ki, rejim bunu qəbul etmir, etmirsə, diplomatiya bitir, diplomatiya bitirsə, toplar, raketlər işə düşür.

Və ən əsas xəbərlərdən biri.

Axios xəbər verir ki, SƏ 180 dərəcədə mövqeyi dəyişib, 30 yanvarda Vaşinqtonda keçirilən qapalı brifinqdə SƏ-nın müdafiə naziri İrana hücumun zərurətini qeyd edib. Xatırladaq ki, 14 yanvarda gözlənilən hücumun olmamasında SƏ-nın kəskin etirazı da rol oynadı.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Metyu Brayza: “ABŞ Dövlət Departamenti Azərbaycanda dini tolerantlığı pozmağa çalışır”

redaktor

Ruben Vardanyan xəstələri Qarabağdan buraxmır

redaktor

Rusiyalı politoloqdan ermənilərə “şillə”: “Ermənistan İrəvan xanlığının ərazisində yaradılıb” – VİDEO

redaktor