1 C
Bakı
05 Fevral 2026 13:28
DünyaGündəmSiyasət

Dolların dəyəri, neftin gücü və Trampın riskli oyunu

Tramp administrasiyasının açıq şəkildə bəyan etdiyi yanaşmalardan biri “de-dollarisation”-dur. Tramp düşünür ki, ABŞ daxili istehsalı təşviq etmək və xaricə daha çox mal satmaq üçün dolların dəyərini aşağı salmaq lazımdır. Çünki dollar ən güvənli xarici valyuta olduğu üçün xarici tərəfdaşların dollarla məhsul alması onlara sərf etmir. Əksinə onları ABŞ-a daha çox mal satmağa və dollar almağa təşviq edir.

Ancaq dolların dəyərini aşağı salmaqla xarici tərəfdaşları ABŞ-dan məhsul almağa təşviq etmək olar. Ən azından Tramp belə düşünür. Trampın çoxdandır FED rəhbəri ilə apardığı mübarizənin mərkəzində də bu məqam dayanır.

Lakin burada ciddi məsələlər var. Dolların dəyərini aşağı salmaq əlavə risklər yaradır və dolların qlobal valyuta olmaqdan çıxmasına səbəb ola bilər. Tramp bunun da çarəsini tapıb. Düşünür ki, əgər neft bölgələrinə ABŞ birbaşa nəzarət edərsə, dəyəri düşsə də dolların hörmətini qoruyub saxlaya bilər.

Çünki dolları qlobal miqyasda rezerv valyutaya çevirən şeylərdən biri neft-dollar (petro-dollar) münasibətidir. Neft almaq istəyən hər ölkə və ya qurum bunu dollarla etməlidir və hardansa dollar tapmalıdır. Əgər dünya bazarında ABŞ əsas neft tədarükcüsü olarsa və ya digər tədarükçülərə nəzarət gücünə malik olarsa, dollar da öz hörmətini qoruya bilər.

Trampın Nigeriya, Venesuela, o cümlədən Suriya keysləri bu kontekstdə də dəyərləndirilir. Hətta artıq İraqla bağlı proseslər gedir, ABŞ-ın verdiyi reaksiyalar da bu məqsəd çərçivəsində görülür. Tramp neft bölgələri üzərində birbaşa və ya dolaylı nəzarət istəyir.

Belə bir məqamda Azərbaycan hakimiyyətinin verdiyi “növbəti neft bumu” mesajı heç də təsadüfi görünmür. Görək axırı hara gedir..

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya ya suveren güc olacaq, ya da yox olacaq – Putin

redaktor

Arkadi Dubnov: Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur

redaktor

Putin Ukraynanı Rusiya ərazilərini atəşə tutmaqda ittiham edib

redaktor