DünyaGündəmTexnologiya

Marsa uçacaq gəmi orbitdə bir neçə dəfə yanacaq doldurmalıdır. Mask bu il Marsa uça biləcəkmi?

İlon Mask 2024-cü ildə Starship kosmik gəmisinin 2026-cı ildə Marsa uçacağını demişdi. İlk uçuşlar insansız olacaq, astronavtların isə təxminən 2030-da insanlı missiyaya start verəcəyi planlanmışdı.

Artıq 2026-dır.
Bəs nə oldu?
Bəşəriyyətin maraqla gözlədiyi bu tarixi hadisə nə zaman baş tutacaq?
Mars macərasının ləngiməsinin səbəbi heç də SpaceX üçün uğursuzluq sayılmamalıdır.
Çünki Mars miqyasında bu ləngimə normaldır.
Texniki və siyasi reallıqları nəzərə alsaq Mars uçuşlarına gedən yol çox da uzaq deyil…

Bu durumda nələr baş verir desəniz belə cavab verərdim…
Starship hələ Marsa hazır deyil.
Maskın cızdığı təqvimdəki dəyişiklik İlon Mask optimizminin klassik nümunəsidir.
İlk əvvəl demək lazımdır ki, Starship texniki baxımdan hələ “tam bir sistem” deyil.

Bəli, orbitə çıxış sınaqları oldu, orbital testlər yapıldı,
amma Mars üçün lazım olan kritik mərhələlərdən hələ keçilməyib.
Başqa sözlə,
Marsa uçmaq problemlər zəncirini həll etməkdir.

Məsələn,
Mars missiyası üçün Starship orbitdə bir neçə dəfə yanacaq doldurmalıdır.
Bu texnologiya isə tarixdə hələ ki, tətbiq olunmayıb və ancaq indi-indi sınaq mərhələsindədir.
Bunsuz Marsa uçuş fiziki olaraq mümkün deyil.
İşin içində NASA faktoru var ki, onlar üçün prioritet Mars yox, Aydır.
ABŞ-ın kosmik strategiyası dəyişib və NASA Artemis programına üzərində fokuslanıb.
Yəni Mars planları ideoloji olaraq qalır, ancaq real resurslar Ay layihəsinə yönəlib.

Digər tərəfdən Marsa uçuş üçün planetar pəncərə qaçırılıb. Mars uçuşları üçün ən əlverişli pəncərə hər 26 ayda bir açılır. 2026 pəncərəsi üçünsə hazırlıq 2025-in ortalarında bitməli idi.
Bu baş vermədiyinə görə növbəti real şans 2028-2029 illərdə olacaq.

Ehtimal ki,
2028-2029 illərdə Marsa ilk pilotsuz uçuş,
2032-2035 ilk heyətli Mars missiyası baş tuta bilər.
Bu da Maskın planının təxminən 6–8 il gecikməsi deməkdir.
2026-da Marsa uçuş olmayacaq,
NASA isə Ay üçün Atremis missiyasına 10-12 gün içində start verəcək.

Mars romantik hədəf deyil, səbr, texnoloji və vaxt tələb edən planetdir.

 

Mənbə: @nebioglu_ibrahim teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Avropa qışı Rusiya qazı olmadan keçirməyə hazırdır” – Bloomberg

redaktor

Səlim Müslümovun İsveçrədəki evi (FOTO)

admin

Lukaşenko Litvanın notası barədə: “Unitazlarda kifayət qədər yer var” – VİDEO

admin