AXİOS İA.. məlumatına görə, Tramp Ərdoğana İrana qarşı hücum əməliyyatları koalisiyasında yer almağı təklif edib. Ərdoğansa, əməliyyatda İsrailin iştirakına görə, cavabında tərəddüd edir. Suriya işində də tərəddüddə idi sonra irəli çıxdı.
Məncə, pis olmazdı bu məsələdə yer almaqda. Həm söz sahibi olardı, İranın, ümumi bölgənin gələcək taleyində. İrandakı 42 milyon türkün də taleyi barədə həlledici rolu olardı, ən azı Güney Azərbaycana geniş.muxtariyyətin verilməsində.
Bununla Türkiyənin də türk coğrafiyası Güneyin qonşuluğu hesabına Şərqə doğru genişlənərdi. Bizim Azərbaycan üçün də müsbət olardı, İran üzərində Türkiyə təsirinin olması. Və qurulacaq yeni İran dövlətinə Türkiyə-Azərbaycan yardımlı.
Bəli, yaxşı olardı ki, Türkiyə bu an İsrail-Fələstin intriqasını kənara qoyub, fikrini İrana yönəltsin. Yaranmış bu tarixi fürsəti qaçırtmasın. Belə bir anda Pezeşkianın arxası və dəstəyində dursun, onu ABŞ-la razılaşaraq, liderlik üçün irəli versin.
P. S.
Bir misal. Osmanlı sultan liderləri də, tarix üzrə imperiya genişlənmələrini, üzlərini Şərqə və öz türk kökü-soyuna tərəf deyil, Qərbə və Çənuba, Avrupa və Ərəblər tərəfə yönəltdilər. Nəticədə, Qərbdən də, Şərqdən də, oldular. İndiki Türkiyə də, dünya dəyişən vaxt, fikri qalıbdı Fələstində.
