DünyaHadisə

“Slava Ukraine!” qışqırığı Balidə dava saldı – Rusiya və Qazaxıstan üz-üzə

Qazaxstan və Rusiya Xarici İşlər Nazirlikləri bir “skandalla” bağlı üz-üzə gəliblər. İndoneziyada.

Səbəb qeyri-ordinar və məsələ də səs-küylüdür.

İndoneziyanın Bali arasında restoranda məşhur və həm imkanlı Rusiya blogeri Karina Fadeyeva 2-3 rəfiqəsi ilə dincəlirlər. Yaxındakı stolda isə, məşhur Qazaxstan modeli Qülnara Altabəyova öz nişanlısı ilə dincəlirlər. Arada bu iki xanımın arasında soz atışması olur və əlbəyaxa davaya çevrilir, Gülnara Karinanın başına zərbə endirir. İkincinin başı yarılır, qan aparır, huşunu itirir və xəstəxanaya aparılır və Gülnara isə, həbs edilir.

Məsələ böyüyür, Rusiya diplomatları tələsik işə qarışır. Karinanın ifadəsi belə əsas götürülür ki, o vuran qızı tanımırmış, ayağa durub, restoranı tərk etmək istəyərkən onu qəflətən və səbəbsiz Gülnara vurub. Və restoran işçiləri laqeyd qalıb, guya bu hadisəyə. Polis də bu yöndə aparıb işi.

Sonra, orada Qaxaxstan diplomatları məsələyə qarışır. Polisin tam araşdırmasında, Gülnara və restoran işçiləri də video təqdim edərək, təsdiq edirlər ki, məsələ başqa cür olub. Gülnara o ara nişanlısı ilə telefonda Ukrayna musiqisi dinləyir və Karina bunu eşidir, əsəbi tonda ona irad edir, Gülnara da “Slava Ukraine!” qışqırır. Və bu anda Karina Gülnaraya stəkan atır, Gülnara isə, əsəbi halda, stolun üstündəki dəmir lampanı ona atır. Beləliklə, əsil həqiqət və səbəb tam ortaya çıxır.

Hazırda Qazaxıstan XİN məsələni nəzarətində saxlayır, Gülnaranın vəkilləri prosesə qarışıblar. Rusiya və Qazaxıstan mediası, ictimai şəxsləri, ekspertləri məsələ ilə bağlı fərqli ittihamlıdırlar.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

SON DƏQİQƏ: Ukrayna bu əraziləri işğaldan azad etdi – FOTO

redaktor

Fələstinli jurnalist: “Həmas-ın bizi idarə etməsini istəmirəm”

redaktor

“Nədən Pskova dron hücumu zamanı Rusiyanın HHM sistemi işləməyib?” – ISW

admin