28.1 C
Bakı
01 Avqust 2026 13:22
Hadisə

Kamran Əsədov həbs edildi

İmtahan nəticələrinə təsir göstərməkdə təqsirləndirilən təhsil eksperi Kamran Əsədov məhkəmə zalında həbs olunub.

Tacxeber.com-ın “Report”a istinadən məlumatına görə, Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə zərərçəkənlərin ifadələri dinlənilib. Dinlənilən ifadələr əsasında məhkəmənin qərarı ilə K.Əsədov barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, K.Əsədov və G.Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bəs bu baş verənlər insan haqlarının pozuntusu deyil, ay Pedro?

redaktor

Odessa sahillərində Azərbaycanlıları daşıyan daha bir gəmiyə hücum edilib

redaktor

SOCAR-ın sahə rəisi: “Dənizaltı borular kəsilərək satılır”

admin