Cəmiyyət

Xalq geridə qalanda, dövlət irəli gedə bilməz.

Bir nəfər gənc ssenarist, rejissorun bəzi Azərbaycan TV aparıcılarının tənqidi haqda yayıma ürək yanğılı şərhi diqqətimi çəkdi.

“Zaur evləndirir…
Xoşqədəm boşandırır…
Lalə atalığı müəyyən edir…
Amil Xəlil analığı müəyyən edir…
Elgiz hər nə olur-olsun, barışdırır…
Hacı Nuran da görür, söhbət uzanır söhbətə son qoyur…
Dəlixanadi vallah, nə isə, əşşi……..”

Mən özüm doğrusu Azərbaycan TV-lərinə heç baxmıram, ölkədən məlumatlar üçün sosial internet şəbəkələr bəs edir. Amma baxanların, insanların bu cür acı gileyindən məlum olur ki, TV-lərdə bayağılıq, dedi-qoduluq baş alıb gedir.

Bu da, onsuz da həyat gərginliyinin çaşqınlığı içində olan, kövrək əsəb və hissiyyatlı camaatı psixoloji cəhətdən bəsitləşdirir. Bir zamanlar camaatın beyinini, düşüncə reallıq və məntiq tutumunu 4-5 yaşlı uşaqlara söylənəsi nağıllı söhbətlərlə yuyub boşaldan İran mollaları vardı, onları və Bakıdakı rəhbərlərini ölkədən qovub İrana yola saldılar. Onların yeri boş qalmayıb deyəsən, Xoşqədəm, Lalə, Zaurlar və s. tutur.

Yaxşı bu cür, bu camaatı gerizəkalığa təşviqin axırı nə olacaq?! Onu bilək ki, dövlətin inkişafı xalqın, cəmiyyətin, camaatın inkişafı ilə paralel hesablanır. Kim deyir ki, dövlət, onun qolları, ya məmurları, oliqarxları, onlara yaxın ictimai ya, siyasi tərəflər, sahibkarlar inkişaf edirsə bəsdir və sıravi xalq, cəmiyyət o qədərdə vacib.deyil, çox yanılır. Onun pullu, imkanlı əhvalı və dayaz düşüncəsi görünür ki, bərk məşğuldur hələ ki, düşdüyü “cənnət” həyatla. Ayırd edə bilmir, bu sıravi xalq, bu sadə insan toplumu dövlətin ən əsas və vacib parçasıdır. Anlaya bilmirlər ki, bir vaxt zaman gəlir ki, bu xalq dövlətə lazım olur. Necə ki, 44 gün vətən savaşımızda lazım oldu.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Elza Seyidcahanın deputatlığa namizədliyi qeydə alındı – Foto

admin

Tanınmış meyxanaçı “BOMJ” HƏYATI YAŞAYIR – VİDEO

redaktor

Caliber.Az: SSRİ-nin keçmiş naziri bir çamadan pulla Qarabağdan qaçıb – FOTO

admin