DünyaHadisə

Zelenski dedi, Fransa etdi…

“Niyə Tramp “kölgə donanması”ndan tankerləri dayandırıb nefti ələ keçirə bilər, amma Avropa bunu edə bilməz? Rusiya nefti Avropa sahilləri boyunca axır və müharibəni maliyyələşdirir. O, dayandırılmalı və müsadirə olunmalıdır. Əgər Putinin pulu olmasa, müharibə də olmayacaq”, – deyə Ukrayna prezidenti Davosda bildirib.

Fransa Aralıq dənizində Rusiyanın “kölgə donanması”ndan bir tankeri saxlayıb. Bu barədə Emmanuel Makron bildirib. Söhbət Murmanskdan Komor bayrağı altında üzən “Qrinç” tankerindən gedir.

Fransa hakimiyyət orqanlarının məlumatına görə, gəmi sanksiyalar altındadır və saxta bayraq altında hərəkət edirdi. Əməliyyat bu səhər müttəfiqlərin iştirakı ilə həyata keçirilib. Məhkəmə araşdırması başlayıb.

Makron vurğulayıb ki, hərəkətlər beynəlxalq dəniz hüququ çərçivəsində həyata keçirilib və “kölgə donanması” Ukraynaya qarşı müharibəni birbaşa maliyyələşdirir. Tanker artıq ABŞ, AB, Böyük Britaniya, Kanada, İsveçrə və Ukrayna tərəfindən sanksiyalar altındadır. O, əsasən Çin və Hindistana Rusiya nefti daşıyırdı.

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Niyə Rusiya Qafqazdan uzaq ölkələrin Cənubi Qafqazda fəallığının əleyhinədir? – Elxan Şahinoğlu

admin

Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir? – MARAQLI FAKTLAR- FOTO

redaktor

Paşinyan: Niyə biz 44 günlük müharibəyə qədər güzəştə getmədik?

redaktor