DünyaSiyasət

Zelenskinin Davos çıxışı tarix dərsliklərinə düşəcək!

Düşünürdüm ki, Davosda ən möhtəşəm çıxışı Kanadanın Baş naziri Mark Karni edib, yanılırdım. Ən MÖHTƏŞƏM çıxışı bu gün Zelenski edib, çıxış deyil idi, şedevr idi və bu şedevr tarixə düşəcək.

– Avropa siyasətçilər tez-tez deyirlər: “Bizə köhnə dünya nizamını əvəz edəcək nəsə lazımdır”. Bəs cəsarətli addımlar atacaq liderlər haradadır? Elə indi, bu dəqiqə quruda, havada, dənizdə hərəkət etməyə hazır olanlar. Sözlərlə yeni dünya nizamı qurmaq olmaz.

– Proseslər bizdən daha sürətlə inkişaf edir. Proseslər Avropadan daha sürətlə inkişaf edir. Avropa çatdırmır.

– Əziz dostlar, biz özümüzə ikinci dərəcəli rollar ayırmamalıyıq, xüsusən də birlikdə böyük güc olmaq şansımız varkən!

– Biz Avropanın düşmənləri ilə “ədviyyələnmiş” kiçik və orta güclərin sadəcə bir salatı olmasını qəbul etməməliyik.

– Avropa qlobal güc ola bilər və olmalıdır. Gecikən yox, gələcəyi müəyyən edən bir güc.

– Biz başqalarına indiki olduqlarından daha güclü olmağa kömək etməyə hazırıq. Həqiqətən əhəmiyyət kəsb edən Avropanın bir hissəsi olmağa hazırıq, real gücə, böyük gücə malik Avropanın!

– Bu gücə bu gün müstəqilliyi qorumaq üçün ehtiyacımız var. Amma sizə də Ukraynanın müstəqilliyi lazımdır, çünki sabah bəlkə siz öz müstəqilliyinizi müdafiə etməli olacaqsınız.

– Ukrayna sizinlə olduğu müddətcə heç kim sizə ayaqlarını silə bilməz.

– İntellektual müzakirələr müharibələri dayandırmır. Addımlar lazımdır. Dünya nizamını addımlar formalaşdırır. Bizə sadəcə hərəkət etmək üçün cəsarət lazımdır. Cəsarət olmadan sabahımız yoxdur.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan İranla sərhəddə beton divar tikəcək? – Deputatdan AÇIQLAMA

redaktor

“Ukraynalı hərbçilər yeni “əjdaha-dronlar”dan istifadə etməyə başlayıb” – CNN

redaktor

Ərdoğan: Netanyahu hərbi cani kimi mühakimə olunacaq

redaktor