DünyaSiyasət

Kürdlər fəlakətlərindən dərs çıxaracaqlarmı?

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 1071-ci il Malazgird döyüşündə Səlcuqlu Dövlətinin Bizans, Çaldıranda Osmanlı Dövlətinin Səfəvilər Dövləti üzərində qələbəsini, İstanbulun fəhtini türk, kürd və ərəbin ortaq zəfəri adlandırır. Türkiyə prezidentinin bu fikiri yorulmadan dəfələrlə təkrarlaması Səlcuqlu və Osmanlı Dövlətlərinin bir xalqın deyil, bir neçə xalqın qurduğu dövlət qənaətini yaradıb.

Malazgird döyüşündə Səlcuqlu Dövlətinin qələbəsində kürdlərin hansı rolu oynadığını bilmirəm. Ancaq Çaldıran döyüşündə kürdlər Səfəvilər Dövlətinə xəyanət edərək Osmanlının tərəfinə keçməsəydi, nəticə fərqli olacığını bilərəm. Çaldıran döyüşünün nəticəsi fərqli olsaydı, bu gün bizim çoğrafiyanın xəritəsi də tamamilə fərqli ola bilərdi. Bəlkə də kürdlərin Suriyada yaşadığı fəlakət Çaldıran döyüşündəki xəyanətin cəzasıdır. Çaldıran döyüşündə məzhəbçilikdən çıxış edərək Səfəvilər Dövlətinə xəyanət edən kürdlər ötən il də Suriyada ələvilərə xəyanət etdilər. İŞİD və “Əl Qaidə”-nin törtöküntüsü ələvilərə qarşı qətliama görə beynəlxalq aləmdə böyük qınağa məruz qalmışdılar. Həmin günlərdə bir çoxları Əhməd əş-Şaaranın bu qətliamdan sonra iqtidarda qala bilməyəcəyini düşünürdü. Lakin məzhəbçilikdən xilas ola bilməyən kürdlər Əhməd əş-Şaara ilə 10 mart 2025-ci il razılaşmasını imzalamaqla ona açıq dəstək oldular. Kürdlərin bu addımı Əhməd əş-Şaara iqtidarına yönəlik tənqidləri səngitdi və gündəmdən çıxardı.
Əhməd əş-Şaaraının əsas qüvvəsi olan HTŞ-i döyüşçülərinin kürdlərə qarşı törətdiyi vəhşiliklər ərəb çoğrafiyasından gələn təhlükəni bir daha gözlər önünə sərdi. Təəssüf ki, Qətərin pulları hesabına aparılan təbliğatın təsiri altında olan, eləcə də Türkiyə sevgisinə görə bir çoxları Suriyada baş verənləri düzgün dəyərləndirmək iqtidarında deyil. Bu təhlükə İslam çoğrafiyasındakı bütün qeyri-ərəbləri birlikdə hərəkət etməyə vadar etməlidir. Ancaq bunun üçün kürdlər başda olmaqla bölgə xalqlarının başlarına gələn fəlakətdən dərs çxarmaları lazımdır.

Kürdlər Suriyada olduğu kimi İranda təkbaşına müstəqillik əldə edə bilməyəcəklərini anlamalıdırlar. İranda yaşayan və öz müqəddəratını təyin etmə uğrunda mübarizə aparan xalqlar anlamalıdır ki, Güney Azərbaycan istiqlaliyyətini əldə etmədən digər xalqlar müstəqilik qazana bilməzlər. Güney Azərbaycan Yaxın Şərqin Ukraynasıdır.

Ukrayna postsovet məkanın və Şərqi Avropanın Rusiya işğlından xilasında hansı rolu oynayırsa, Güney Azərbaycanın istiqlaliyyəti də Yaxın Şərqin taleyində eyni rolu oynayacaqdır. Ukrayna 24 fevral 2022-ci ildə başlayan Rusiya işğalına müqavimət göstərməyərək təslim olsaydı, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan Moskva qarşısnda severinlyini qoruya bilməyəcəkdi.

İran ətrafında həlqənin daraldığı bir zamanda bölgə xalqları daha diqqətlə davranmalı, kürdlərin Suriyada yaşadığı fəlakətdən dərs çıxarmalıdır. Bəzi məlumatlar kürdlərin artıq dərs çıxarmağa başladığını göstərir. Belə məlumatlar var ki, kürdlərə İrana qarşı müharibədə iştirak edəcəkləri halda Mosulun gələcəkdə onlara veriləcəyi vəd olunub. İddiaya görə kürdlər bundan imtina ediblər. Bu məlumatın həqiqətə nə qədər uyğun olduğunu söyləmək çətindir, ancaq eyni məzmunlu məlumat fərqli ünvanlardan yayılıb.Əgər, bu məlumatlar doğrudursa, alqışlanmalıdır. Ancaq qənaətimcə kürdlərin atacağı ən mühüm addım Güney Azərbaycan torpaqlarına iddialarının olmadığını bəyan etmək, belə fikirdə olanları sıralarından rədd etmək olmalıdır. Məsələn, İrandakı kürdlərin əsas təşkilatları olan Kürdüstan Demokratik Partiyası, Kürdüstan Sosialist Partiyası, Kürdüstan Azadlıq Hərəkatı, Kürdüstan İnsan Haqları Təşkilatı, Kürdüstan Kürd Partiyası, Kürdüstan İttifaqı və Kürdüstan Demokratik İnqilab Partiyası birgə bəyanat yayaraq Güney Azərbaycana qarşı ərazi iddualarının olmadığını və bundan sonra da olmayacağını bəyan etməlidirlər. Belə bir addım bölgədə xalqların öz müqədəratını təyin etməsi prosesinə təkan verməklə, bölgədə baş verəcək nəhəng dəyişikliklər zamanı kütləvi insan fəlakətlərindən yayınmağa imkan verə bilər. Bölgə xalqlarının bir-binə qarşı torpaq iddiasından yayınması böyük insan fəlakətlərindən qarşısını almağa imkan verməklə, öz müqəddəratını təyin edəcək xaqların dinc yanaşı yaşamasını təmin edə bilər. Düşmənçilik hər bir xalqa ağır yaralar vuracaq. Bölgədə xalqlar arasında əsrlərdən gələn birgə yaşayışın nəticəsi olaraq milyonlarla qarışıq ailələr var. Türkiyədə 3 milyondan çox qarışıq nigahın olduğu haqqında fikirlər var. Oxşar vəziyyətin İranda azərbaycanlılar, farslar, kürdlər arasında olduğuna da şübhəm yoxdur.Buna görə də bölgədə baş verəcək nəhəng proseslərin ağır nəticələr doğurmaması üçün düşmənçiliklərdən yayınmaq hər bir millətin elitasının əsas vəzifəsi olmalıdır.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zaman gələcək, İlham Əliyevin şəklini hər kəs ürəyinin üzərində gəzdirəcək – Razi Nurullayev

redaktor

İran Qərbi Azərbaycana ordu və texnika toplayır

redaktor

Savelyev Zatulinin Laçın dəhlizi ilə bağlı fikirlərini tənqid edib

redaktor