Cəmiyyətİdman

Bu gün “Qarabağ” “Ayntraxt”a qarşı oyuna cıxacaq

Bu gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.

Ağdam təmsilçisi evdə Frankfurt “Ayntraxt”ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadonunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Bunadək “Qarabağ” “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb, “Atletik”ə (1:3), “Napoli”yə (0:2) və “Ayaks”a (2:4) uduzub.

“Ayntraxt” isə “Qalatasaray”a (5:1) qalib gəlib, “Napoli” ilə heç-heçə (0:0) edib, “Atletiko”ya (1:5), “Liverpul”a (1:5), “Atalanta”ya (0:3) və “Barselona”ya (1:2) məğlub olub.

Hazırda Liqa mərhələsinin turnir cədvəlində Qurban Qurbanovun komandası 7 xalla 25-cidir. 3 gün əvvəl Dino Toppmölleri istefaya göndərən və bugünkü matça Dennis Şmittin rəhbərliyi altında çıxacaq “Ayntraxt” isə 4 xalla 33-cüdür.

Qeyd edək ki, “Qarabağ” son – 8-ci turda səfərdə “Liverpul”la qarşılaşacaq (29 yanvar).

Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur

21:45.”Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Frankfurt, Almaniya)

Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Lukas Fendrix (İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu (Qol.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Süni uşaq qidaları xəstəlikdir, verməyin! – Həkimdən XƏBƏRDARLIQ

redaktor

Generalın məhkəməsi: “Bəziləri at kimi üzümə durur, hamı pul qazanıb”

admin

Nəsimi rayonunun yeni icra başçısının kimliyi bəlli olub

admin