20.6 C
Bakı
07 İyun 2026 04:02
DünyaTarix

SSRİ-də alman əsilli əsirlərlə bağlı aministiyanin maraqlı tarixçəsi

Oğlu SSRİ-də əsirlikdə olan ana Moskvadan qayıdan və əsirlərin qaytarılması barədə razılıq əldə edən Qərbi Almaniya kansleri Konrad Adenauerin əlindən öpür.

Adenauer SSRİ-yə 1955-ci ilin sentyabrında səfər etdi. Həmin vaxt SSRİ-də 10 minə qədər alman hərbi əsir qalmaqda idi. Bundan əlavə sovet işğal zonasında və Şərqi Almaniyada siyasi repressiyalar nəticəsində tutulmuş 20 mindən çox mülki şəxs vardı. Adenauer onların hamısının buraxılması barədə razılıq əldə etdi.

Sonra Kremldə düşündülər ki, almanları buraxıb almanlarla əməkdaşlığa görə tutulan (hərbi cinayətlərdə əli olmayan) sovet vətəndaşlarını həbsdə saxlamaq yaxşı çıxmır. Onlara da amnistiya verildi.

“Adenauer Moskvaya səfər etmiş və Xruşşovdan bütün almanların azad edilməsinə nail olmuşdu. Nikita onların buraxılmasını əmr etdi, amma elə bu vaxt anlaşıldı ki, qəribə bir vəziyyət yaranır: almanları azad ediblər, lakin onların rus əlaltıları iyirmi illik cəzalarla həbsdə saxlanılır”. A, Soljenitsın. “QULAQ arxipelaqı”.

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kadırovun böyük oğlu 18 yaşının tamamında Çeçenistanda nazir müavini təyin edilib

redaktor

“Tramp ultimatıv formada Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda israr edir” – Uitkoff

redaktor

Ekvadorda girovlar azadlığa buraxılıb

admin