17 C
Bakı
23 Oktyabr 2026 11:35
DünyaSiyasət

ABŞ Rusiya da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırır

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırır.

Tacxeber.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, bu ölkələr sırasında Somali, İran, Əfqanıstan, Braziliya, Nigeriya və Tailand kimi ölkələrlə yanaşı Rusiya da var.

“Fox News”un xəbərinə görə, bu qərar “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində qəbul olunub və 21 yanvardan qüvvəyə minəcək.

Dövlət Departamentinin memorandumuna əsasən, konsulluq əməkdaşları mövcud qanunvericiliyə uyğun olaraq vizaları rədd etməli, eyni zamanda müraciət edənlərin yoxlanması və qiymətləndirilməsi prosedurlarını yenidən nəzərdən keçirməlidir.

Qərarın tətbiqi müəyyən edilən vaxtdan sonra davam edəcək və vizaların emalı Departament tərəfindən yenidən qiymətləndirilənədək dayandırılacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Mövqe transformasiyası” ideyasının memarı Fazil Mustafa — Emil Rasimoğlu yazır…

redaktor

“Middle East Eye”: “Bakı Ankaradan Ərdoğanın müşavirini vəzifədən çıxarmağı tələb edib”

admin

Yaponiyanın demoqrafik faciəsi

redaktor