26.6 C
Bakı
23 İyul 2026 10:38
Dünyaİqtisadiyyat

Rus neftinin pulları Ukraynaya verilə bilər

Britaniya Ukraynanı dəstəkləmək üçün “kölgə donanması” neftindən istifadə edə bilər. London təkcə Rusiyanın “kölgə donanması”ndan tankerləri saxlamağı deyil, həm də müsadirə edilmiş nefti satmağı, əldə edilən gəliri Ukraynaya hərbi yardıma yönəltməyi düşünür.

Bu barədə “The Times” qəzeti hökumət mənbəyinə istinadən məlumat yayıb. Qəzetin mənbəyinə görə, hakimiyyət orqanları belə bir sxemin hüquqi mümkünlüyünü təhlil edir. Məqsəd Rusiya büdcəsinə zərbə vurmaqla yanaşı, eyni zamanda Ukrayna Silahlı Qüvvələrini sanksiyalı neftlə maliyyələşdirməkdir.

Yaxın günlərdə iki tankerin La-Manş boğazından keçməsi planlaşdırılır və potensial olaraq ilk nümunəyə çevriləcək. Planın praktikada tətbiq olunub-olunmayacağı bəlli deyil, çünki məsələ hüquqi və beynəlxalq prosedurlardan asılıdır.

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zelenski: Ukraynanın hücumları Putinin ətrafındakı atmosferi zəhərləyir

redaktor

Orta məktəbdə robot müəllim işə başlayır

redaktor

BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI… – Nə səviyyəsi, nə də başı üçün deyil

redaktor