11 C
Bakı
30 Mart 2026 02:49
İdman

Azərbaycan avarçəkəni Avropa çempionu oldu – Fotolar

Azərbaycan avarçəkəni Avropa çempionu oldu - Fotolar


İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşiblər.

Tacxeber.comxəbər verir ki, bu barədə Avarçəkmə Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı qitə birinciliyində Diana Dimçenko təmsil edib.

“Baku” avarçəkmə klubu adından yarışan Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 metr məsafəni 22 dəqiqə 56,72 saniyəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib.

Azərbaycan təmsilçisi finalda da uğurlu çıxış edib. Dimçenko ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk Azərbaycan təmsilçisidir.

Əlavə olaraq xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov “Qarabağ”ın avrokuboklardakı hədəflərini AÇIQLADI

admin

“Qarabağ”ın rəqibində Konte böhranı

admin

Fransanı sarsıdan zərbələr: Banişevskinin tarixi oyunları

redaktor