10 C
Bakı
11 Yanvar 2026 11:52
DünyaSiyasət

İran üçün həlledici 24 saat yaxınlaşır…

İranda 28 dekabr 2025-də başlayan etirazlar kritik təlatümlü miqyasa çatıb. Və bu təlatüm nəinki bütün İranı, hətta bütün regionu və həm qonşu ölkələri narahat etməyə bilmir. Prosesin onlara müsbət, ya mənfi təsirləri ola bilməsi ilə.

Etirazlar Tehran, İsfahan, Məşhəd, Fars, Kərəc və digər bölgələr də daxil olmaqla, 31 əyalətin demək olar ki, hamısına, onlarla şəhərə yayılıb. Hökumət idarələrinə, təhlükəsizlik qüvvələrininn baza və binalarına və banklara qarşı yanğınlar var. Odlu silah, gözyaşardıcı qazla toqquşmalar gedir. Tehranda Cumhuri və Böyük Bazar kimi əsas ərazilərdə gecələr nəzarət məntəqələrinə, barrikadalara toqquşmalarla hücumlar var. Ən azı 50-70 nəfər öldüyü, minlərlə insanın həbslə saxlanıldığı deyilir. Xameneinin son çıxışından sonra təhlükəsizlik qüvvələri xeyli aktivləşiblər. Xalqa kütləvi basqın və hücumlar təşkil edirlər.

Ölkədə xaosdur. İqtisadi böhransa xaosu daha gücləndirir. Tehran, İsfahan, Məşhəddə və sair bazarlar bağlanıb. Bu isə, Rialın daha çökməsi və inflyasiya fonunda ticarətin iflic olmasıdır.

Hava uçuşları pozulub: Türk Hava Yolları, digər hava daşıyıcılar, o cümlədən Azərbaycan Hava Yollarının artıq Tehrana uçuşları dayandırılıb.

Hadisələrin belə kulminasiyası ilə, növbəti 24 saat dönüş nöqtəsi də ola bilər. Geniş coğrafi əhatə dairəsi, iqtisadi zərbələr, artan qırğınlar, repressiyalar görsənir qabaqda… Nə ola bilir?

Ya rejim bu dalğanı qırğınlar və sərt həbslərlə yatırır. Ya da ki, etirazlar elitaları, sahibkarları, bütün təbəqələri əhatə edən yeni, daha güclü bir dalğa səviyyəyəsinə çatır. Bə dalğa hakim molla rejimini, terror rejimini süpürüb aparır.

Yəni sabah, ya biri gün sabitləşmədən çöküşə qədər diapazonda gedişat baş verə bilər. Və bu gedişatda və onun da nəticəsində Tramp, Qərb faktorunun əhəmiyyəti həlledici olar. Əks halda kütləvi xalq qırğını törədə bilər amansız molla tayfası. Və İran xalqı qədər də, Qərb böyük bir şansını itirər nəticə etibarı ilə. Üstəlik, daha da düşmən problemli İran rejimi görər qarşısında.

Avropa Birliyi, Almaniya, Fransa və Britaniya İran rəhbərliyini etirazçılara qarşı zorakılığa əl atmaqdan çəkinməyə çağırıb. Tramp isə sərt xəbərdarlıq edib, ölüm hallarında İran rejimini.
Hər halda, İran etirazları tarixində ilk dəfədir ki, etirazçılara kənar kömək real görünür… Görək.

 

İlqar Altay.

Tacxeber.com

Oxşar xəbərlər

Ramzan Kadırovun oğulları atalarına əsir əsgər “hədiyyə” ediblər

admin

“Təbrizdə Azərbaycan Prezidentinin şəkillərinin yayılması İrana mesaj olmalıdır” – Tural Abbaslı

admin

Paşinyan konstitusiya referendumunu 2026-cı il seçkilərindən sonraya planlaşdırır

admin