İqtisadiyyatSiyasət

Türkiyə ilə İranın əhalisi, demək olar ki, eyni saydadır.

Türkiyənin 2024-cü ildə büdcəsi 450-480 mlrd. dollar, ÜDM-i isə 1 trilyon 323 mlrd. dollar təşkil edib.

İranın 2024-cü ildə büdcəsi 50-55 mlrd. dollar civarında olub, ÜDM-i isə 356 mlrd. dollar təşkil edir. (hər iki ölkədə məzənnə çox oynayır deyə, dəqiq rəqəm yazmaq olmur)

Türkiyənin büdcəsi İrandan 8-9 dəfə, ÜDM-i isə 4-5 dəfə çoxdur.

İranın dünyanın potensial olaraq ən zəngin ölkələrindən biridir, sanksiyalar qalxsa, İran dünya iqtisadiyyataına geri dönsə, İrana küllü miqdarda və qısa müddətdə yüzmilyardlarla dollar investisiyalar axacaq.

İran bazarı böyük və sözün yaxşı mənasında, “ac” bazardır, bir çox ölkələr İrana yatırım qoymağa hazırdır, çox kiçik zaman kəsimində (hardasa, 5-8 il) İran öz ÜDM-i 3 dəfə, büdcəsini 10 dəfə artırmağa qadır potensiala malikdir.

İran artıq dəyişib, indi bu dəyişimin rəsmiləşməsi prosesi gedir-gedəcək, İranda ən əsası nəsil dəyişib, yaşayanların 75%-i inqilabı görməyib, gənclər isə o “ideyalara” artıq inanmır – sırf SSRİ-nin son illərində olduğu kimi bir vəziyyət yaranıb.

İran dünya iqtisadiyyatına qayıdandan sonra Azərbaycan üçün də ən böyük iqtisadi “driver”-lərdən birinə çevriləcək. Qərb şirkətlərini İranda çalışmaq üşün mərkəz olaraq Azərbaycanı seçməsinə, baş ofislərini burada açmağa, bütün əməliyyatları Bakıdan yürütməyə nail ola bilsək, bu Azərbaycan üçün neftdən gələn gəliri belə əvəz edə biləcək bir qaynaq olacaq.

İran bizim üçün çox doğmadır, bu ölkəyə normallaşma, sistem dəyişikliyi, dünya iqtisadiyyatına geri dönüş arzu edirəm. ABŞ və Qərbin ağlı, vizionu olsa, indi heç bir halda İrana kənardan təsir, müdaxilə haqqında düşünməyi belə unutsunlar – istənilən xarici müdaxilə İranda başlayan təbii, orqanik dəyişiklik hərəkatına ziyan olacaq, cəmiyyətin hakimiyyət ətrafında birləşməsinə səbəb olacaq.

 

Natiq Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kremli insan həyatı narahat etmir – Elxan Şahinoğlu

admin

Azərbaycanın ortasındakı YAP adlı zibillik…

redaktor

BƏƏ şirkəti Azərbaycanda bunun üçün 26 milyon ayırır

redaktor