DünyaSiyasət

Qlobal müttəfiqlərini qoruya bilməyən Rusiya Donetskdə bir kəndin işğalını ‘qələbə’ kimi təqdim edir.

Rusiyanın növbəti məğlubiyyəti – Suriyanı qoruya bilmədi (Aralıq dənizində mühim mövcudiyyətini itirdi), Venesuelanı qoruya bilmədi (Cənubi Amerikada istinad nöqtəsini itirdi), İranı qoruya bilmir (Fars körfəzinə çıxışını itirəcək), amma, “halaldı”, Donetsk vilayətində Bezzabotovka kəndini işğal edə bilib….

Çox güman, Maduro özü təslim olub, nə vaxtsa bu bilinəcək, özü ABŞ-a getmək istəyib, anladı ki, nə Rusiya, nə Çin onu qoruya bilməyəcək. ABŞ ölkədə normal keçidi onun vasitəsi ilə təmin edib Maduronu “bağışlayacaq”, o həm də Kuba məsələsində yardımçı olacaq, sonra da, məsələn, Florida günəşi altında balıq tutub, okeanda çimib, yaşayacaq…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Hindistana təşəkkür zamanı

redaktor

Zelenski Rusiyanın indiyə qədərki ən böyük hücumundan sonra sərt bir açıqlama verdi

redaktor

Bir mismar istifadə edilmədən tikilən 400 illik qədim taxta körpü – FOTO

redaktor