Hadisə

Amerikalı qocaman sənətçi vəfat etdi

Amerikalı məşhur rok-n-roll sənətçisi Cerri Li Lyuis 87 yaşında dünyasını dəyişib.

Tacxeber.com xəbər verir ki, bu barədə onun “117 Entertainment Group” şirkəti məlumat yayıb.

“Lyuis rok-n-rollun doğulmuş axırıncı, əsl nəhəng ikonası idi. Vəfat etdi. Ömrünün son günlərində o, müxtəlif xəstəliklərlə, travmalarla mübarizə aparırdı”, – deyə bildirilib.

Qeyd edək ki, Cerri Li Lyuis karyerası boyunca 4 dəfə “Qremmi” mükafatına layiq görülüb. Onun ən məşhur “Great Balls of Fire” mahnısı “Rolling Stone” jurnalına görə, bütün zamanların ən yaxşı 500 mahnısı siyahısına daxil edildi.

Tacxeber.com

Oxşar xəbərlər

Zibillikdən geyinən ana-bala: “Qız doğduğum üçün ərim məni atdı” – VİDEO

redaktor

Anatoli Karpov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildi

redaktor

Günəş vannası qəbul edən qadın həyatının şokunu yaşadı – VİDEO

redaktor