DünyaSiyasət

HÜRJET və “Turan Hava Məkanı”

HÜRJET-in İspaniya ilə 2.6 milyard avroluq müqaviləsi Türkiyə üçün sadəcə ixrac uğuru deyil. Bu, Türk dünyası üçün yeni hərbi inteqrasiya mərhələsinin başlanğıcıdır.

Türkiyə – Global Firepower reytinqində 9-cu yerdədir. Azərbaycan isə 60-cı sırada yer alır, amma real döyüş təcrübəsi və NATO-ya uyğun komanda mədəniyyəti ilə seçilir. Qazaxıstan – 57-ci, Özbəkistan – 58-ci, Türkmənistan – 77-ci və Qırğızıstan – 105-ci yerdə qərar tutur.

Ayrı-ayrılıqda bu ordular “orta liqa” görünə bilər. Birlikdə isə tamam başqa mənzərə yaranır.

İndi isə bu dövlətlərin hərbi büdcəsinə nəzər salaq: Türkiyə 50+, Azərbaycan (2026) 5.1, Qazaxıstan 2.0, Özbəkistan 2.8, Türkmənistan 1.1, Qırğızıstan 0.22 milyard dollar. Cəmi 61–62 milyard dollar edir. Bu, artıq qlobal hərbi güc ölçüsüdür, şüar deyil.
HÜRJET niyə kritikdir? Çünki HÜRJET təkcə təyyarə deyil, təlim + doktrina + texniki xidmət paketidir.

Azərbaycan üçün HÜRJET 5-ci nəsil təyyarələrə keçid üçün ideal platforma, Türkiyə ilə tam sinxron hava təlimi, regional təlim və servis mərkəzinə çevrilmə imkanıdır.

Bəli, “Turan Ordusu” hələ rəsmi struktur deyil. Amma zabitlər eyni məktəbdən çıxır, hərbi platformalar eyniləşir, büdcələr uyğunlaşır, nəticədə hava məkanı eyni dildə danışmağa başlayır.

HÜRJET bu prosesin hava komponentidir. Və bu prosesdə Türkiyə – mərkəz, Azərbaycan – əməliyyat laboratoriyası, Türkistan – strateji dərinlik kimi görünür.

Yəni “Turan Ordusu” artıq romantik ideya yox, hesablanmış hərbi gələcəkdir…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ silahlı qüvvələri İranın əsas nüvə obyektlərinə GBU-57 tipli bunker əleyhinə bomba atıb.

admin

Makronun arvadı aldadılmaqdan qorxur – Bu səbəbdən

redaktor

Azərbaycanın ən stajlı icra başçılarından biri də Novruz Novruzovdur.

redaktor