Dünənki məqaləmdən 24 saat keçmədən Donald Tusk həmin fikirləri səsləndirdi: Amerikalılar Ukraynada hərbi kontingenti yerləşdirməyi nəzərdən keçirdirlər
Polşanın Baş naziri Donald Tusk bəyan etdi: “Təhlükəsizlik zəmanətləri ABŞ qoşunlarının hərbi mövcudluğunu da əhatə edir, məsələn, Ukrayna ilə Rusiya arasındakı sərhəddə və ya təmas xəttində. Bu qədər aydın bəyanatlar ilk dəfədir ki, səsləndirilir. Görək Atlantik okeanının o tayındakı tərəfdaşlarımız nə dərəcədə ardıcıl olacaqlar”.
Görünür ki, bu məsələ Floridada razıraşdırılırdı və danışıqlar zamanı ciddi irəliləyiş barədə xəbər tutan ruslar danışıq prosesini “Putinə qarşı sui-qəsd cəhdi” adlı teatr ilə pozmaq istəyirlər.
P.S. Amerikalı hərbçilər 2014-cü ildə bəri Ukraynada fəaliyyət göstərirlər(Yavorov hərbi poliqonda), amma söhbət əsasən hərbi instruktorlardan gedir. Görünür ki, Florida da isə komplektləşdirilmiş hərbi kontingentin yerləşdirilməsi müzakirə olunurdu.
