İdman

Adnan Əhmədzadənin sponsoru olduğu klub dağılır

Azərbaycan I Liqasının iddialılarından olan “Mingəçevir”də futbolçular yenidən maaş ala bilmir.

Tacxeber.comFutbolinfo.az-a istinadən xəbər verir ki, iki aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir.

Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “Səbrli olun” cavabını verir. Bu isə onları qane etmir.

Xatırladaq ki, “Mingəçevir”in sponsoru ASTA-dır. Bu şirkətin sahibi olan SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barədə bir neçə ay öncə həbs qətimkan tədbiri seçilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

2022-nin ən yaxşı futbolçusu

redaktor

Dünən Qarabağ-Şamaxı oyununda azarkeşlər tərəfindən mediaya yağdırılan təhqirlərə cavab. VİDEO

admin

“Neftçi”nin “gəzəyən” baş məşqçisini tanıyaq: 21 ildə 20 komanda dəyişib

redaktor