4 C
Bakı
11 Fevral 2026 22:26
DünyaSiyasət

Ağ Evin mətbuat katibi hamiləliyinin sevincli xəbərini bölüşüb və Trampa təşəkkür edib.

Ağ Evin mətbuat katibi Kerolin Levitt ikinci hamiləliyini İnstaqramda elan etdi. Fox News-un məlumatına görə, o, ABŞ tarixində hamilə ikən bu vəzifədə çalışan ilk qadın olacaq.

Levitt qeyd edib ki, o və əri, daşınmaz əmlak inşaatçısı Nikolas Riççio 2026-cı ilin may ayında qız övladı gözləyirlər. Cütlük artıq 2024-cü ildə dünyaya gələn bir oğul böyüdür.

Levitt sosial mediada yazıb ki, ailə yeni övladlarının gəlişini səbirsizliklə gözləyir. “İstəyə biləcəyimiz ən böyük Milad hədiyyəsi 2026-cı ilin may ayında dünyaya gələcək qız uşağıdır”.

O, həmçinin administrasiyadakı “ailə dostu atmosferə” görə ABŞ Prezidenti Donald Trampa və Ağ Evin Aparat rəhbəri Syuzi Uaylsa təşəkkür edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

74 kq arıqlayan gənc onu tanısınlar deyə DNT testi verdi – FOTO

redaktor

Rumıniya Türkiyədən 18 ədəd “Bayraqdar” alacaq

admin

Qalib kim olacaq: İsrail, yoxsa HƏMAS? – Ekstrasens

admin