Cəmiyyətİdman

“Qarabağ”ın daha bir futbolçusuna Braziliyadan təklif var

“Qarabağ”ın futbolçusu Mateus Silva Braziliya klubunun maraq dairəsindədir.

28 yaşlı müdafiəçiyə “Vitoriya”dan təklif var.

Məlumatı Braziliyanın “Arena Rubre-Neqro” kanalı yayıb. Xəbərdə  A seriyası təmsilçisinin “Qarabağ”la ilkin danışıqlarının olması, lakin hələlik razılıq əldə edilmədiyi bildirilib. Qeyd olunub ki, braziliyalı futbolçunun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsinin olması transfer işini çətinləşdirir.

Qeyd edək ki, Mateus Silva 2023-cü ilin yayında Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubundan “Qarabağ”a transfer edilib. O, bu mövsüm Ağdam klubunda 23 oyun keçirib və 1 qol vurub.

Xatırladaq ki, Braziliyanın daha bir klubu “Botafoqo” “Qarabağ”ın futbolçusu Pedro Bikalyonu heyətinə cəlb etməyə çalışır.  (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri: “Bloqer məni şantaj etdi”

redaktor

Ronaldonun arvadı qəzəbləndi -Foto

redaktor

Ağalarov Rusiyada bu biznesini satdı

admin