15 C
Bakı
24 Mart 2026 14:07
CəmiyyətQalmaqal

Bəylər Əyyubovun qardaşə oğlu siqaret qaçaqmalçılığı iddiası ilə həbs edilib

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.

Tacxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İki şəhid verən Məmmədovlar ailəsi: “Əkizlərimiz oldu, bizə təsəlli verirlər”

redaktor

Yarasadan insanlara keçən növbəti DƏHŞƏTLİ VİRUS – Sürətlə yayılmağa BAŞLADI

redaktor

Azərbaycanlı bloger İstanbulda həbs edildi: Qızlara GÖRÜN hansı sualları verirmiş

redaktor