Dünya

Dəniz suyundan istifadə etmək olmazmı? Olar. Lakin bunun fəsadları da var…

Süni intellekt data mərkəzləri (SİDM) dünyanın ən böyük şirin su ehtiyatlarından birini – Böyük Gölləri qurudur. Onlarda suyun səviyyəsi orta səviyyədən aşağı düşüb.

Şirkətlər göllərin yaxınlığında yerləşən kiçik şəhərlərdə ərazilər alırlar, buralarda hər şey – torpaq da, su da, yerli vergilər də ucuz başa gəlir. Lakin yerli sakinlər üçün bu su kəmərlərində təzyiqin düşməsinə və kənd təsərrüfatı üçün təhlükəyə çevrilir.

Serverlərin soyudulması və enerji istehsalı üçün tək bir iri SİDM yüz minlərlə insanın istifadə edə biləcəyi qədər su istehlak edə bilər. Biqtexlər (böyük texnologiya şirkətləri) tənqidlərə məruz qalmasınlar deyə resurs sərfi haqda məlumatları nadir hallarda açıqlayırlar.

SİDM insanlar qədər bioenerji resursları istehlak edir – onun üçün su 2-ci ən əsas resursdur (1-ci enerjidir). Yəni artıq insanlarla Sİ arasında su uğrunda mübarizə başlayıb. Buna görə də sual yaranır: hansı daha vacibdir – insanlar, yoxsa Sİ?

Su azlığı səbəbindən Hindistan, İran və Ərəbistan yarımadası ölkələrinin Sİ gücü kimi gələcəyi yoxdur – onlar Sİ sahəsində başqa ölkə(lər)dən asılı olmağa məhkumdurlar.

Bəs dəniz suyundan istifadə etmək olmazmı? Olar. Lakin bunun fəsadları da var: serverlərin soyudulması suyun temperaturunu əhəmiyyətli dərəcədə artırır, bu isə dənizin bioloji resurslarının məhv olmasına səbəb olur. Buna görə, məsələn, Çinin sahil zonasını SİDM-lər üçün tam uyğunlaşdırmaq çətindir.

SİDM üçün ideal zona Arktikadır – orada təbii temperatur aşağıdır. Arktikanın ən böyük hissəsi Rusiyanın nəzarətindədir. ABŞ Arktikaya həm də buna görə nəzarət etmək istəyir. Bunun üçün isə o mütləq Qrenlandiya və Kanadanı ələ keçirtməlidir və Rusiyanı məğlub edə bilmədiyi üçün, heç olmasa, onunla münasibətləri yaxşılaşdırmalıdır.

ABŞ bütün sahələrdə Çinə uduzub, bircə Sİ hələlik istisnadır. Onun inkişafı isə nəhəng SİDM-lərin yaradılmasından asılıdır. İndi ABŞ-ın gələcəkdə supergüc kimi qalması üçün güclü SİDM-lərə malik olması həyati əhəmiyyətli məsələdir.

Berinq boğazı altından Rusiya-ABŞ tunelinin çəkilməsi boş yerə düşünülməyib.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İlon Mask keçmiş arvadının toyuna getdi – FOTO

redaktor

Əmlak agenti 1,5 milyonluq evi yandırdı – FOTOLAR

admin

Zurabişvili prokurorluğa çağırıldı

redaktor