Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üç üzvü amnistiya ilə azadlığa buraxılıb.
MBH-dən verilən məlumata görə, onlar Bəhruz Quliyev, İsmayıl İsmayılov və Amal Əhmədlidir. Fəalların dekabrın 23-də səhər saatlarında saxlanıldıqları 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxıldığı bildirilir.
Azadlığa buraxılan inanclı fəallar 2023-cü ilin martında Azərbaycanla İran arasında gərginlik fonunda həbs olunublar. Həmin ilin yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum nəticəsində səfirlik əməkdaşı ölmüşdü. Buna baxmayaraq, inanclı fəallar narkotik ittihamları ilə təqsirli bilinmişdilər.
B.Quliyev 3 il yarım, İ.İsmayılov və A.Əhmədli isə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
MBH onlara və digər həbs olunanlara qarşı ittihamları saxta adlandırıb.
Dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev amnistiya aktı təşəbbüsü irəli sürülüb.
Dekabrın 22-dən icrasına başlanan aktın 17 min şəxsi əhatə edəcəyi bildirilir. (ToplumTV)
