23.7 C
Bakı
29 İyun 2026 00:07
Dünyaİqtisadiyyat

Somalidən gətirilən ət satış üçün deyilmiş – RƏSMİ

Son günlər Azərbaycan bazarına satış üçün Somali mənşəli ət məhsullarının satışa gətirilməsinə dair yayılan məlumatlara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aydınlıq gətirilib.

Tacxeber.com xəbər verir ki,qurumdan Modern.az-a verilən məlumata görə, Azərbaycana Somalidən kommersiya məqsədilə, yəni satış, ticarət və ya iaşə obyektlərində realizə olunması üçün heç bir ət idxal edilmir. Ölkəmizə daxil olan Somali mənşəli ət partiyası isə humanitar xarakter daşıyır.

Məlumata görə, 46,5 ton ət məhsulu 13 oktyabr 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında ölkəyə daxil olub. Səudiyyə Ərəbistanında kəsilmiş həmin Somali mənşəli heyvanların qurban əti yardım kimi paylanılması üçün nəzərdə tutulub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “1300 ukraynalı rus əsirliyindən azad edildi”

redaktor

“Rusiya telekanalları bağlansın!” – Zelenski

redaktor

“Çin Rusiyaya qorxunc miqyasda yardım göstərir, ABŞ həyəcan təbili çalır” – “Financial Times”

admin