DünyaHadisə

Rusiyadan Türkiyəyə qarşı provokasiya.

Bu gün Türkiyənin İzmit (Kocaeli vilayəti) şəhərində Rusiyaya məxsus “Orlan-10” pilotsuz aviasiya kompleksi tapılıb. PUA hər hansı atəşlə vurulmadan, böyük ehtimalla yanacağı bitdiyi üçün yerə düşüb. İzmit İstanbulun yaxınlığında yerləşir (hava məsafəsi 85 km) və 400 minə yaxın əhalisi var. “Orlan-10” kəşfiyyat, müşahidə, rabitə və atəşin korrektə edilməsi üçün nəzərdə tutulub və Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə geniş tətbiq olunur.

Məlum olduğu kimi, bu həftənin əvvəlində daha bir PUA provokasiyası baş verib. Dekabrın 15-də Ankara yaxınlığında “naməlum” dron Türkiyə F-16 döyüş təyyarəsi tərəfindən vurulub. Türkiyə Müdafiə Nazirliyi əvvəlcə həmin PUA-nın nəzarətdən çıxdığı üçün ölkə hava məkanına daxil olduğunu bildirib. Lakin kimin nəzarətindən çıxdığını, başqa sözlə, hansı ölkəyə məxsus olduğunu açıqlamayıb. Türkiyə MN sözçüsü “havada məhv edilərək parçaları yerə səpələndiyi üçün onun hansı tip dron olduğunu müəyyənləşdirmək mümkün olmadı” şəklində açıqlama verib.

Müstəqil mənbələrin məlumatına görə, “nəzarətdən çıxmış” PUA Türkiyənin məşhur ROKETSAN dövlət hərbi şirkətinin paytaxtın Elmadağ rayonunda yerləşən müəssisəsinə doğru uçurmuş. Türkiyə hökuməti Ankarada vurulan dronun Rusiyaya məxsus olduğunu gizlətməyə çalışsa da, bugünkü PUA bütöv şəkildə düşdüyü və ilk olaraq kəndlilər tərəfindən aşkarlanaraq fotoları, videosu yayıldığı üçün onun Rusiya aid olduğunu etiraf etməyə məcbur olub.

Dekabrın 12-də isə Türkiyəyə məxsus ticarət gəmisi Odessa limanında Rusiya tərəfindən raketlə vurulub. Maraqlıdır ki, eyni gün Türkmənistanda Ərdoğan və Putin arasında görüş keçirilib. Sonradan “Bloomberg”in yaydığı və Türkiyə tərəfindən təkzib olunmayan məlumata görə, Ərdoğan həmin görüşdə Putinə S-400 kompleksini Rusiyaya geri qaytarmaq istədiklərini deyib. Bu, əlbəttə ki, Moskvanı məmnun edə bilməz.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Paşinyan oğlunun oğurlanmasından danışdı

redaktor

İranın keçmiş rəsmisi: “Urmiya gölü qurusa, Təbriz şəhəri köçürüləcək”

redaktor

İngiltərə polisi Abdullah Gülün həyat yoldaşından oğurluq etdi

redaktor