9 C
Bakı
18 Dekabr 2025 13:33
CəmiyyətHadisəİqtisadiyyat

UNİBANK-ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransanın Nitsa şəhərindəki villasını 17 milyon avroya satır – FOTO

UNİBANK-ın Müşahidə Şurasının sədri Eldar Qəribovun Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz Villefranche bölgəsində yerləşən ultralüks villası ilə bağlı ötən ilin axırlarında yazmışdım. Malta vətəndaşlığı olan azərbaycanlı bankir ötən il pik həddə çatan Fransa-Azərbaycan münasibətlərindəki gərginlik səngiyəndən sonra sevimli villasını – “Villa Floriana”nı satışa çıxarıb.

VİLLANIN SATIŞ QİYMƏTİ 17 MİLYON AVRODUR.

1261 Av. Léopold II, 06230 Villefranche-sur-Mer ünvanda yerləşən “Villa Florian” Fransanın (https://www.residences-immobilier.com/…/annonce-vente…),

(https://search.savills.com/…/imovel…/gbbesmbsm240167), Birləşmiş Ərəb Əmirliklərinin (https://share.google/images/CqEcQpT6GRAkTwar7)

Almaniya və Rusiyanın lüks əmlak firmaları vasitəsi ilə təklif olunur.

Villa Art Deco memarlıq üslubundadır, tam yenilənib və Cap Ferrat yarımadasına yuxarıdan baxan, çox üstün mövqedə yerləşir. Bu tip villalar bölgədə ən bahalı və nadir əmlaklar sırasındadır. “Villa Floriana” 1920–1930-cu illərin klassik, prestijli memarlıq üslubudur

Villa təpədə yerləşir, nəfəskəsən mənzərəsi, 360 dərəcəlik panoraması var, buradan həm gün doğumu, həm də gün batımı, əsrarəngiz liman və açıq dəniz görünür

2 600 m² torpaq sahəsi var, ətrafı tamamilə ağaclarla örtülüdür. Villanın hovuzu vizual olaraq dənizlə birləşir, üfüqi sonsuzluq lüks villalarda ən arzu olunan hovuz növüdür

Ərazisində 6 maşın üçün örtülü parkinq var

Villa hər biri dəniz mənzərəsinə açılan 4 yataq otağı olan 320 m²-lik əsas tikilidən və xidmətçi personal üçün nəzərdə tutulan evdən, həmçinin 160 m² sahəsi olan qonaq evindən ibarətdir.

Cavanşir Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Afaq Bəşirqızı Vasif Talıbovun Xalq artistlərinə küçə süpürtdürməyindən danışdı: “Bu qədər şişirtmək olmaz…”

redaktor

Türkyönlü qüvvələr bu şəhərə hücum edir – Ruslar çəkildi

admin

Hökumə Əliyevanı təhqir edən qadın HƏBS EDİLDİ

redaktor