Ukrayna prezidenti Vladimir Zelenski Hollandiya parlamentində çıxışı zamanı bildirib ki, rus ordusu hər ay müharibə meydanında ortalama 30 min insan itirir. Üstəlik, bu itkilərə yaralılar aid deyil. Birbaşa öldürülənlər o qədərdir. Nəzərə alsaq ki, savaş meydanında adətən yaralıların sayı ölənlərdən 3 dəfə çox olur və müasir dünyamızda yaralılar da sıradan çıxmış döyüşçülər deməkdir, belə anlaşılır ki, Rusiya hər ay 100 minə yaxın insan itirir.
“Rus hücumları həmişə dəlicəsinə qanlı olur, lakin Putinin vecinə deyil – ruslar öz ölülərini saymır, amma itirdikləri hər dolları, hər avronu hesablayırlar”, – Zelenski belə deyib.
