8 C
Bakı
17 Dekabr 2025 21:44
Cəmiyyət

Cəmil Həsənli kimdir? Doktor, Professor Cəmil Həsənli 20-ci yüzil Azərbaycan tarixinin ən dəyərli, ən çalışqan araşdırmaçı-yazarlarının başda duranlarındandır. 21-ci yüzilin indilərində isə onu yalnız üstün tarixçi olaraq deyil, eləcə də bilgin yurddaş, yurddaş bilgin tanımıyla TƏK görürük. Aramızdakı bir sıra politik, ideoloji baxış ayrılıqlarına baxmayaraq, mən onun istər tarixsəl, istərsə də günsəl çalışmalarını yüksək dəyərləndirir, ulusal çıxarlarımıza bağlı tutduğu yolun düzgünlüyünə inanıram. Bilimsəlliyə dayanan o yol ölkəmizi uğursuz keçmişə deyil, uğurlu gələcəyə aparacaq yollardandır! Cəmil bəyin Güneyli-Quzeyli Azərbaycanımızla bağlı çoxlu çox sanballı araşdırma kitabları çıxıb. Gün işığından uzaq arxivlərin tozunu uda-uda yazılmış o kitablar Doğuda ilk Demokratik Respublikanı yaratmış, bu gün bizə örnək olaraq göstərilən Avropa ölkələrindən çox-çox öncə qadınlara kişilərlə bir seçib-seçilmək hüququ vermiş Böyüklərimizin, istər Güneydəki, istərsə də Quzeydəki Azərbaycan Türkllərinin Özgürlük, Demokratiya uğrunda tutuqlana-tutuqlana, qırıla-qırıla apardıqları Ulusal, sosial, politik çarpışmaların kitablaşmış anıt’lari-abidələridir! Onlar Doktor, Professor adı almaq üçün yazılmış kitablar deyil, yaşanaq’ı (yaşanaq-bioqrafiya) Özgürlük çarpışmalarıyla dolu bir Ulusun politik-sosial-psixoloji Portretidir! O kitablar o görklü Tarixləri yaradanlara Cəmil Həsənlinin sayğı Duruşudur! O kitablar bir də bu günlər Böyük Öndərləri, Böyük Tarixləri unutdurulmağa çalışılan Ulusumuza, başlıcası da çağdaş Gəncliyimizə gediləsi, tutulası Doğru Yolu göstərən kitablardır! Bütün bunlların üstündən “deputat” adı daşıyan birisinin qalxıb parlament tribunasından Cəmil Həsənlini faktsız-tutalqasız “siyasi dələduz” adlandırması ən azı siyasi əxlaqsızlıq görsənişidir. Oradakıların o görsənişə hamılıqla təpkisiz, susqun qalmaları isə Cəmil Həsənli adına deyilən yallan-böhtanla ortaqlıq görsənişidir! P.S. Bizdə alim-akademikləri susqun bir Elmlər akademiyası var. Çoxsaylı, bir-birindən dəyərli kitablarına gərə Cəmil Həsənliyə çoxdan Akademik adı verilməliydi, ancaq Cəmil Həsənlini çox düzgün olaraq O akademiyaya yaraşdırmadıqları üçün indiyədək ona Akademik adı verilməyib: indilər o adı almaq üçün balıq kimi susqun, ot kimi elastik olmaq gərəkir…

Doktor, Professor Cəmil Həsənli 20-ci yüzil Azərbaycan tarixinin ən dəyərli, ən çalışqan araşdırmaçı-yazarlarının başda duranlarındandır. 21-ci yüzilin indilərində isə onu yalnız üstün tarixçi olaraq deyil, eləcə də bilgin yurddaş, yurddaş bilgin tanımıyla TƏK görürük.

Aramızdakı bir sıra politik, ideoloji baxış ayrılıqlarına baxmayaraq, mən onun istər tarixsəl, istərsə də günsəl çalışmalarını yüksək dəyərləndirir, ulusal çıxarlarımıza bağlı tutduğu yolun düzgünlüyünə inanıram.

Bilimsəlliyə dayanan o yol ölkəmizi uğursuz keçmişə deyil, uğurlu gələcəyə aparacaq yollardandır!

Cəmil bəyin Güneyli-Quzeyli Azərbaycanımızla bağlı çoxlu çox sanballı araşdırma kitabları çıxıb.

Gün işığından uzaq arxivlərin tozunu uda-uda yazılmış o kitablar Doğuda ilk Demokratik Respublikanı yaratmış, bu gün bizə örnək olaraq göstərilən Avropa ölkələrindən çox-çox öncə qadınlara kişilərlə bir seçib-seçilmək hüququ vermiş Böyüklərimizin, istər Güneydəki, istərsə də Quzeydəki Azərbaycan Türkllərinin Özgürlük, Demokratiya uğrunda tutuqlana-tutuqlana, qırıla-qırıla apardıqları Ulusal, sosial, politik çarpışmaların kitablaşmış anıt’lari-abidələridir!

Onlar Doktor, Professor adı almaq üçün yazılmış kitablar deyil, yaşanaq’ı (yaşanaq-bioqrafiya) Özgürlük çarpışmalarıyla dolu bir Ulusun politik-sosial-psixoloji Portretidir!

O kitablar o görklü Tarixləri yaradanlara Cəmil Həsənlinin sayğı Duruşudur!

O kitablar bir də bu günlər Böyük Öndərləri, Böyük Tarixləri unutdurulmağa çalışılan Ulusumuza, başlıcası da çağdaş Gəncliyimizə gediləsi, tutulası Doğru Yolu göstərən kitablardır!

Bütün bunlların üstündən “deputat” adı daşıyan birisinin qalxıb parlament tribunasından Cəmil Həsənlini faktsız-tutalqasız “siyasi dələduz” adlandırması ən azı siyasi əxlaqsızlıq görsənişidir. Oradakıların o görsənişə hamılıqla təpkisiz, susqun qalmaları isə Cəmil Həsənli adına deyilən yallan-böhtanla ortaqlıq görsənişidir!

P.S. Bizdə alim-akademikləri susqun bir Elmlər akademiyası var. Çoxsaylı, bir-birindən dəyərli kitablarına gərə Cəmil Həsənliyə çoxdan Akademik adı verilməliydi, ancaq Cəmil Həsənlini çox düzgün olaraq O akademiyaya yaraşdırmadıqları üçün indiyədək ona Akademik adı verilməyib: indilər o adı almaq üçün balıq kimi susqun, ot kimi elastik olmaq gərəkir…

 

Xaliq Bahadır

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Xamenei 3458 məhkumu əfv etdi

redaktor

Uşaq Psixonevroloji Mərkəzi dəftərxana ləvazimatı satan şirkətdən “pampers” alır

admin

Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağladı – Minlərlə qadın işsiz qaldı

redaktor