DünyaSiyasət

Qırmızı xəttdən o tərəf: Regional hesablaşmanın Azərbaycan ssenarisi

Abbas Aydın oğlu Abbasov 1992-ci ildən 2006-cı ilədək, Baş nazirin birinci müavini vəzifəsində çalışıb.
Daha sonra isə müxtəlif siyasi proseslərdə boy göstərib.

Abbas Abbasov Ramiz Mehdiyev olayına görə axtarışa verildi.
Deməli hadisələrin miqyası biraz da dərinləşir və güman edirəm ki, bu prosesin geniş radiusda aparılması ictimai açıqlamanın gündəmə gəlməsinə ehtiyac yaradacaq.

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə münasibətlərinin korlanmasını görə, hadisələrin ilkin gedişatını cəmiyyət və siyasi elita o qədər də səmimi qəbul etməmişdi.
Lakin proseslər uzandıqca və dərinləşdikcə hərşey zamanla aydınlaşmağa başladı.
Bu mövzuya müraciət etmək bəlkə də “Qırmızı xətt”-ə toxunmaqdır.Ancaq olsun, xalq həqiqətləri bilməlidir.

Rusiyanın güclü vaxtlarında V.Putin Azərbaycana ayrıca vilayəti kimi baxırdı.
Zamanla bu tip aşağılanmaya si*yasi dözüm göstərmək o qədər də asan deyil.
Azərbaycan İqtidarı Şimal qonşusuna qarşı məqam gözləyirdi və pusquda dayanmışdı.
Situasiya yetişdi və artıq hərəkətə keçilib.

Ukrayna sa*vaşı başladıqda özündən razı halda Rusiya prezidenti V.Putin kameralar önündən əl çəkmir, müxtəlif hə*dələyici bəyanatlar verirdi.Putinin ətrafındakı sözçüləri isə Ukraynadan sonra, növbə Qafqaz ölkələrinindir deyərək, dolayı yolla Azərbaycanı hədəf alırdı.

Si*yasi səhnədə bu müddət ərzində həm ” İkinci Qarabağ ” sa*vaşı baş verdi, həm də yaxın şərqdən Mərkəzi Asiyaya doğru trayektoriya dəyişdi.
“Turan” İttifaqı, BRİCS və s.birliklər yaradılmağa cəhd edildi.

Biz özümüzə sual edirikmi ki, niyə Türk dünyasının birləşməsi üçün, Türk olmayan millətlər əl-ayağa düşür?

Böyük Britaniya əsrlərdir dünya siyasətində dominant mövqedədir və hazırda 15 si*yasi koloniyaya sahibdir.
Baxmayaraq ki, həmin koloniyalar müstəqil dövlətdir.Lakin si*yasi arenada son qərar Londondan verilir.
Belə olan halda, İngilislər də haray salsın ki, “İngilis Birliyi” yaradılsın, birləşək, bütövləşək.

Azərbaycan öz torpaqlarını işğaldan qurtarmaq üçün, uzun illər Beynəlxalq arenada ədalət axtardı.
Torpaqlar alınandan sonra, ölkə daxilində fikirlər formalaşdı ki, Qarabağın qaytarılmasına Rusiya “İzn” verdi.
Əslində isə Böyük Britaniyanın onayı, son nöqtəni qoydu.Azərbaycan əleyhinə atılacaq adım və qərarlara BMT-də B.Britaniya “Veto” qoydu.
Hələ 1900-cü illərin əvvəllərindən Anadoludan Qafqaza qədər bütün si*yasi proseslər İngilislərin xeyir-duası, Rusiyanın nəzarəti ilə həyata keçirilirdi.
İyirminci əsrdə Qafqazda dəyişən xəritələrin səlahiyyətliləri də, Azərbaycan torpaqlarında Rusiyanın əli ilə Ermənistan dövləti yaradan da Böyük Britaniya idi.
Səbəbi aydın idi, Türk dünyasını və Türkiyəni Azərbaycandan uzaqlaşdırmaq üçün.

İyirmi birinci əsrin əvvəllərində Asiya, Ərəb Coğrafiyası və Qafqaza nəzarətçi təyin edilən Rusiya, SSR-nin varisi kimi si*yasi nüfuzunu yüksələn xətlə bərpa edirdi.Tək oyunçu olmaq, dünyanın si*yasi arenasında söz sahibi olmaq üçün yeni Çar Vladimir Putin səhnəyə çıxdı.
Bunu başa düşən Böyük Britaniya, regionumuzda və adı çəkilən ərazilərdə yeni “Si*yasi Konfiqurasiya” yaratmaq qərarına gəldi.Rusiyanın artan nüfuzunu və imperiya arzularını təxirə salmaq, zəiflətmək üçün hərəkətə keçdi.
2014-cü ildə dondurulmuş Ukrayna mü*haribəsi yenidən canlandı və Rusiya təsəvvür etmədiyi bataqlığa sürükləndi.
Beləcə Rusiya həm kiçilməkdə davam edir , həm də dünyanın yeni supergücü kimi meydana çıxmış Çinə qarşı istifadə olunmaq üçün , hazırlıq işlərinə cəlb edilir.

Abbas Abbasovun axtarışa verilməsini və Ramiz Mehdiyev işini niyə yazımın əvvəlində qeyd etdim və dünyada baş verən si*yasi proseslərə caladım ?

Səbəbini aydınlaşdıraq.

Azərbaycan hakimiyyəti illərdir Rusiya ilə ehtiyatla davranırdı, zamanla bu ölkənin daxilimizdə törətmək istədiyi təxribatlara göz yumurdu, hakim partiyanın ən yüksək postlarında əyləşən vəzifəli şəxslərin meydanda at oynatmasına təmkin göstərirdi.
Lakin Azərbaycan Hava Yollarına(Azal) məxsus sərnişin təyyarəsinin vurulması, qırılma nöqtəsi oldu.
Hadisələrin inkişaf prosesi ilə təyyarənin vurulması hadisə eyni vaxta təsadüf etdi.
Bundan sonrakı proseslərə nəzər yetirsək görərik ki, prezident İlham Əliyev , Rus çarı V.Putinlə intriqadadır və köhnə haqq-hesabları çəkməkdə qərarlıdır.

Rusiya unutmamalıdır ki, SSR-nin parçalanmasında pik hədd Azərbaycana qarşı məkrli planlar səbəb oldu.Məqam yetişdi və ilk proseslər Azərbaycandan başladı.
Bəlkə də tarix təkrarlanır.Rusiyanın zəiflədilməsi Ukrayna savaşından başlasa da, kritik həmlə Azərbaycanın əli ilə ola bilər.
Ölkəmiz 2020-ci ildən əvvəlki Azərbaycan deyil.
Həm hərbi qüdrətə malikdir , həm də siyasi proseslərdə daha güclü oyunçularla eyni mövqedə dayanıb.
Bunu V.Putin və ətrafı yaxşı dərk edir.Buna görə də öz si*yasi reputasiyasını aşağı salmamaq üçün guya, Vladimir Putin Azərbaycanla bağlı susqun mövqedə dayanırmış kimi özünü göstərir.

Beynəlxalq arenada Azərbaycanın si*yasi dostları Böyük Britaniya və İsrail Rusiya ilə danışıq dilini gözəl bilir.
Məhz B.Britaniyanın siyasi dəstəyi ilə Azərbaycan hakimiyyəti Rusiyadan sürətlə uzaqlaşmaq qərarına gəlib,Rusiyaya bağlı keçmiş dönəmdə və indi mühüm postlarda olan vəzifəli şəxslərə qarşı təmizləmə əməliyyatına buna görə start verilib.

Abbas Abbasov, Ramiz Mehdiyev və digər ekslər daxil, hazırda mühüm postlarda dayanan şəxslər, onların keçmişdə həyata keçirmək istədiyi əməllər ifşa edilməkdə davam edəcək və Rusiyanın Azərbaycandakı si*yasi nüfuzu tam neytrallaşdırılacaq.

Yuxarıda qeyd etdiklərim baş verərsə, Azərbaycan beynəlxalq oyunçu statusuna malik olacaq.Buna uyğun olaraq da ölkə daxilində yeni si*yasi konfiqurasiyanın formalaşmasına ehtiyac yaranacaq.

Azərbaycan iqtidarına zamanla lazım olan “Loyal Müxalifət”-ə(Cib müxalifəti) ola bilsin ki, keçmiş Prezident Administrasiyasının Rəhbəri Ramiz Mehdiyevin ətrafında cərəyan edən cina*yət işinin yekunlaşmasından sonra, ehtiyac duyulmasın.
Prezident İlham Əliyev də yaxşı bilir ki, heçbir si*yasi gücə malik olmayan bu partiyalar, zamanla sıradan çıxmalıdır və onlara güvənmək olmaz.
Məqamı gəldikdə, bu mövzuda yenilənmələr mütləq baş verəcək.

Növbəti ilin ilk aylarında, “Dövlət Çevrilişinə Cəhd”-lə bağlı başladılmış ci*nayət işinin yekunundan sonra, Referendum, Parlament və Bələdiyyə seçkilərinin keçirilməsi gözləniləndir.

2026-cı ilin seçki ili olması, müxalif si*yasi fiqurların və partiyaların fəaliyyətinin dayandırılması, ehtimal edirəm ki, İqtidar üçün vacib şərt olacaq.

 

Ramin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan demokratik ölkə deyil.

redaktor

SEPAH: Hayfa şəhərini vura bilərik.

admin

Bakıda uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldı

redaktor