DünyaSiyasət

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib.

Tacxeber.com xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını “New York Times” açıqlayıb.

“Cavabda bildirilib ki, Kiyev Ukraynanın şərqindəki ərazilərə nəzarəti saxlamalıdır. ABŞ-nin Ukraynanın NATO-ya üzv olmaq hüququndan imtina etməsi tələbi də rədd edilib”, – məlumatda deyilir.

Qeyd olunub ki, Trampın Donbasın Rusiyaya verilməsi və alyansdan imtinası tələbləri Kiyevin “qırmızı xətlərini” keçir.

Məqalədə vurğulanıb ki, cavab Ukrayna Prezidenti Volodimir Zelenskinin London, Brüssel və Romaya səfərlərindən sonra hazırlanıb. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Xersonda istilik stansiyasını vurub – On minlərlə ev istiliksiz qala bilər

redaktor

Mask Trampın seçki kampaniyasına ən azı 260 milyon dollar xərcləyib

redaktor

Tramp həyatını xilas edən şəxsə vəzifə verdi

redaktor