DünyaSiyasət

Zelenski haqlıdır, lakin artıq gecdir…

Vladimir Zelenski etiraf etdi ki, Ukraynanın hazırda NATO-ya qoşulmaq şansı yoxdur.

“Biz realistik. Biz həqiqətən NATO-ya qoşulmaq istəyirik bu, ədalətlidir. Amma biz dəqiq bilirik ki, nə ABŞ, nə də bir neçə başqa ölkə Ukraynanı ittifaqda görmür…..’

P.S Mən bunu uzun müddətdir deyirəm. Müharibədən çox əvvəl. Çoxları mənə lağ edib güləndə, yazılarımı rus narrativi adlandıranda. Mənim üçün mövcud olan hər bir informasiya platformasında. Və mən həmişə bu məqamı müdafiə etmişəm. Bundan əlavə, mən həmişə inanmışam ki, Ukraynanın coğrafi mövqeyi və nəhəng tranzit potensialı onların milli maraqları nəzərə alınmaqla Asiya ilə Avropa arasında geosiyasi körpü ola bilər. Qərbdən və Şərqdən investisiyalar, Ukraynanın qlobal birgə layihələrdə iştirakı təhlükəsizliyi təmin edə bilər. Bu gün hamı bu barədə danışır. Mirşaymer, Saks, Bannon, Kennedi, Börns, Alyansın keçmiş liderləri. Və nəhayət, Donald Tramp. İndi isə Vladimir Zelenski deyir…..Məlum olur ki, 2008-ci ildən, Buxarest Zirvəsindən bəri ABŞ və NATO Ukrayna üçün yalnız bir illüziya yaradıblar… Bu nə deməkdir?
Ukrayna müasir reallıqlara və imkanlara əsaslanaraq öz xarici siyasət doktrinasını inkişaf etdirməlidir. İqtisadi, nəqliyyat və tranzit…..Özgəsinə ümid olan şamsız qalar necəki qış yaxınlaşdıqca rus zərbələrindən qaranlığa qərq olacaq olan Ukrayna kimi……

 

Pərviz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Putinin elan etdiyi “atəşkəs”in pərdəarxası tərəfləri.

admin

Bayden: Mən sinaqoqda böyümüşəm

admin

Türkiyə Nazirlər Kabineti toplanır: Taxıl böhranı…

redaktor