26.4 C
Bakı
21 İyun 2026 18:52
DinDünyaGündəmSiyasət

Çox sevindiricidir, çox! – Elşad Miri

Suriyada “Əsədsiz Suriya”nın birinci iliylə əlaqəli tədbir keçirilib. Prezident Əhməd Şaraa da yenidən inqilabçı formasını geyinərək Dəməşqdəki Əməvi məscidində sübh namazını qıldırıb.

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman da Kəbə örtüyünün bir parçasını hədiyyə verib və həmin hədiyyə də Əməvi məscidində nümayiş etdirilib.

Kəbə örtüyünün bir özəlliyi varmı? Əlbəttə, xeyr. Bu, hər il dəyişdirilən bir örtükdür. Kəbənin sadə daşlardan ibarət olan görüntüsünün qarşısını almaq üçün milyonlarla dollar xərclənən parçadır. Dini əhəmiyyəti varmı? Xeyr.

Bu örtüyü hazırlamaq üçün 700 kilo saf ipəkdən istifadə edilir. 120 kg qızıl və gümüş sərf edilir. Bunlar da əsasən örtüyün üstündəki ayə və duaların yazılışı üçün işlədilir. Unutmadan deyim ki, həmin ipək və qızıl da Almaniya və İtaliyadan gətirilir.

Təsəvvür edin, Trumpa 1 trilyon dollarlıq yatırım sözü verən Səudiyyə Ərəbistanı şahzadəsi, Suriya kimi ölkənin dirçəldilməsi üçün deyil, məsciddə nümayiş olunması üçün KƏBƏ ÖRTÜYÜ hədiyyə verir. Burda gözümün qarşısında bu ayə böyük hərflərlə canlanır: ALDADAN SİZİ ALLAH İLƏ ALDATMASIN! (“Fatır” surəsi, 35/5; “Loğman” surəsi, 31/33).

Elşad Miri

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Xameneinin oğlu bu ölkəyə qaçmağa çalışır? – “İrandan oraya 1.5 milyard dollar köçürüblər”

redaktor

Türkiyədən S-400 açıqlaması

admin

Çin və Rusiyanın qorxduğu yeganə dövlət Trampın yenidən qurduğu ABŞ-dir – Tramp

redaktor