25.5 C
Bakı
10 İyun 2026 16:04
DünyaSiyasət

Rusiya yerli xalqları müharibədə belə qırdırır – Şok statistika

24 fevral 2022-ci ildən 4 dekabr 2025-ci il tarixinə kimi Ukrayna savaşında 153 171 rusiyalı hərbçinin həlak olmasını media təsdiqləyib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb.

Nəşr mediada yayılan, yaxınların mesajları, dəfn elanları, məzar fotoları və digər təsdiqlənmiş mənbələrə istinad edib.

4 dekabr 2025-ci il tarixinə olan məlumata görə, siyahıda 153 171 təsdiqlənmiş ölüm hadisəsi var. Nəşr vurğulayır ki, bu, yalnız minimum rəqəmdir, çünki bütün ölüm halları dərc olunmur.

“Təsdiqlənmiş itkilərin regional bölgüsü göstərir ki, ən çox ölüm halları “depressiv” (iqtisadi anlamda – red.) milli respublikaların və yüksək səfərbərlik səviyyəsinə malik sıx məskunlaşmış bölgələrin payına düşür.

Ən yüksək göstəricilər cənub və Qafqaz regionunda – Dağıstan, Şimali Osetiya, Çeçenistan və Başqırdıstanda müşahidə olunur. Səfərbərliyin xüsusilə geniş yayıldığı Buryatiya, Yakutiya və Tuvada da ciddi itkilər baş verib”, – deyə məqalədə bildirilir.(Axar.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya iqtisadiiyatı sürətlə eniş edir.

redaktor

Rusiyanın “Mi-8” helikopterinin heyəti Ukraynaya təslim oldu – FOTO

admin

“Çovdarov orada-burada söyüşlə deyir ki…”  – Hafiz Hacıyev

redaktor