CəmiyyətQalmaqalŞikayət

Quba məktəbində QALMAQAL

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə çalışan müəllim direktor Lalə Ənvər qızı Bədəlova barəsində ciddi ittihamlar irəli sürüb.

Tacxeber.com Shimal.News-a istinadən xəbər verir ki, məktəb direktoru müəllimin şəxsi yazışmalarının ekran görüntülərini öz telefonuna çəkərək müəllim heyəti arasında yayıb.

Hadisə ilə bağlı şikayətçi müəllimin sözlərinə görə, direktor müəllimlərin adına artıq dərs saatları yazaraq əmək haqqının bir hissəsini mənimsəyir, həmçinin uşaqları məktəbə qəbul etmək üçün rüşvət alır. O iddia edir ki, direktor ştatda yox, müqavilə ilə fəaliyyət göstərir.

Redaksiyaya təqdim edilən görüntülərdə direktorun möhür və imzası ilə müəllimlərin əməkhaqqından 1% “fond pulu” adı altında vəsait toplandığı qeyd olunur.

Şikayətçi müəllim bildirir ki, qeyd olunanlarla bağlı rayon prokurorluğuna rəsmi müraciət edib.

Direktorun mövqeyi

Shimal.News məsələ ilə bağlı direktor Lalə Bədəlova ilə əlaqə saxlayıb. O, cinayət işinin açılıb-açılmaması barədə məlumat verməyib, lakin bir neçə suala cavab verib. Direktor şəxsi telefonların kodla qorunduğunu bildirib və bildirib ki, məktəblərə qəbul yalnız portal vasitəsilə mümkündür. Onun sözlərinə görə, əməkhaqqından vəsait tutulması barədə iddialar əsassızdır.

Təhsil idarəsindən cavab gözlənilir

Qaranlıq qalan məqamlarla bağlı Shimal.News Quba–Xaçmaz Regional Təhsil İdarəsinə sorğu göndərib. Cavab daxil olduqda ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, məktəb ətrafında qalmaqal uzun müddətdir davam edir. Cari ilin yanvarında Təhsil İdarəsi açıqlama verib, məktəbdə iddialarla bağlı komissiya yaradıldığını bildirmişdi:

“Araşdırmaya başlanılıb. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bununla bağlı həmin vaxt məlumat verilməyib. Bu səfər qurum məsələni cavablandırdıqda açıqlama oxucularımıza təqdim ediləcək.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu gün “Zirə” “Neftçi”yə, “Sabah” “Turan Tovuz”a qarşı

admin

Turizm Agentliyinin müzakirələrə səbəb olan “3 tonluq ərik arağı tenderi”ni bu şirkət uddu

admin

Xərçəngdən əziyyət çəkən Zülfiyyə yenidən xəstəxanada – FOTO

redaktor