Türkiyənin tanınmış incəsənət adamı Zulfi Livaneli çıxışında sözləri Əhməd Cavada məxsus “Çırpınırdı Qara dəniz” şeirinin “erməni aşığı” Sayat Novaya aid ola biləcəyini bildirib. Qeyd edim ki, bu iddianı ermənilər uzun zamandır irəli sürürlər və onlar “sübut etməyə” cəhd edirlər ki, əsər “Kamança” adlı erməni mahnısır. Hətta bəziləri irəli gedərək iddia edirlər ki, bu mahnı “Daşnakstyun” Partiyasının “himn”idir.
Bu mahnının Azərbaycana mənsub olması ilə bağlı Türkiyədə çəkilən filmlərdə də saysız faktlar mövcuddur. Nəinki Türkiyədə Azərbaycanda 1915-ci ildə qəzetlər, sonradan nəşr edilən dərgi və kitablarda, Bakıda 1918-ci ildə Nuru Paşanın gəlməsi zamanı ifa edilməsi və sairə sübut edir ki, bu şeir dəsti xətti Əhməd Cavad və Üzeyir bəyə aiddir. Musiqi tarixi ilə bağlı araşdırma aparanlar təsdiq edər: “ Bu mahnıda XVIII əsr üçün səciyyəvi olan instrumental melodiya tərzi, ifa manerası və musiqi forması yoxdur və deməli, onun XVIII əsrdə yazılması tamamilə mümkünsüzdür”
Məlumat üçün bildirim ki, 1982-ci ildə “Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş “Саят Нова. Стихи” kitabında da Sayat Novanın bu adda və ya məzmunda şeiri yoxdur. Sayat Novanın araşdırılan bütün əsərlərində belə şeir yoxdur və dəst xətt tam başqadır.
Ermənilərin ciddi cəhdlə özünüküləşdirməyə çalışdıqları və sovet dövründə əllərində olan imkanlardan istifadə edərək “erməni aşığı” kimi tanıtmağa çalışdıqları Sayat Nova əslən hansı millətə məxsusdur? Bu suala Azərbaycanda ciddi alimlər prof. Məhərrəm Qasımlı, prof. Salidə Şərifova, tədqiqatçılardan Lalə Cəmilli, Teymur Əhmədov, Əli Şamilov və başqaları öz əsərlərində konkret faktlarla cavab veriblər.
Elə çox uzağa getməyək, Sayat Nova öz şeirlərinin birində hansı millətə aid olmasını göstərir:
“Vəslinə eylədi ərk Sayat Nova,
Məcnuna görk Sayat Nova,
Aşıq Sayat Nova,
Türk Sayat Nova”
Məncə daha bu yazını dayandırmaq kifayət edərdi, lakin ermənilərin necə bir həyasız iddialarda olmasını nəzərə alaraq davam edək
Gürcü yazıçısı Zezva Medulaşvilinin “Sayat-Nova” kitabında onun doğum tarixi barədə dəqiq məlumat yoxdur. Onun müraciət etdiyi sənədlərdə 1707, 1711, 1712, 1713, 1722, 1724 və 1726-cı illər kimi göstərilir.
Bir sözlə, Sayat Novanın doğum tarixi tam dəqiq məlum deyil. Aşıq Sayat Nova bir müddət Qacar dövlətində, sonra isə Azərbaycanın Qax rayonunda yaşayıb. Gürmük məbədində keşiş kimi xidmət etmişdir. Daha sonra Mərmər adlı Azərbaycanlı türk qızı ilə ailə həyatı qurub. O dövrün qaydalarına görə, türk qızının erməni əsilli keşişlə evlənməsi mümkün deyildi. Bu elə özü sübut edir ki, o erməni olsa idi, əsla Azərbaycanlı ona öz qızını ailə qurmaq üçün verməzdi.
O, ömrünün qalan illərini Tiflisdə yaşayıb fəaliyyət göstərdiyindən, tamaşaçıların etnik tərkibini nəzərə alaraq, orada yaşayan müxtəlif xalqların dilində də şeirlər söyləyib.
Üç dildə-Azərbaycan, erməni və gürcü dillərində yazıb yaratdıqları əsərləri ilə məşhurlaşmış erməni şairi və aşığı Sayat Novanın tanınan şeirləri Azərbaycan dilindədir. Onun mövcud olan şerlərindən 120-si Azərbaycan, 60-ı erməni və 50-yə qədəri gürcü dilindədir. Erməni alimlərindən prof. M.Mkryan, prof. Q.Abov, tədqiqatcı Q.Levonyan və başqaları S.Novanın məhz Azərbaycan dilində yazdığı şerlərinə gorə məşhurlaşdığını bildirirlər. Q.Haqverdiyan isə qeyd edirdi ki, S.Novanın hətta ermənicə olan şerləri də Azərbaycan və fars şer novləri uzərində qurulmuşdur.
Bu barədə erməni alimləri ilə mübahisələrim olur və onlar niyə Sayat Novanın 30 yaşında ikən bəstələdiyi mahnıları və şeirləri əvvəlcə azərbaycanca, sonra uzun illər sonra ermənicə yazmasına aid sualıma hələ də cavab verə bilməyiblər. Hazırda Sayat Novanın Sankt-Peterburqda, arxivdə saxlanılan qeyd dəftərində ilk Azərbaycan şeiri 1742-ci il, erməni dilində şeirində isə 1752-ci il göstərilir.
Ermənilər Tifilisdə gücləndikcə Sayat Novanı özünüküləşdirilməsi üçün maddi vəsait ayırmaqdan çəkinməmişlər. Şair erməni olması haqqında mətbuatda ilk yazı 1851-ci ildə Tiflisdə dərc olunan rusdilli Kavkaz qəzetin dəişıq üzü görmüşdü.( Bax: https://dspace.nplg.gov.ge/handle/1234/69620)
Ermənilərin Sayat Novaya olan ikinci hücumu 1912-ci ildə Mşak (Əkinçi) qəzetində onun Qacar hökmdarı Ağa Məhəmməd Şah Qacar tərəfindən guya öldürülməsi barədə “faktların” əldə edilməsindən sonra başlanıb. Türklərə olan nifrəti açıq nümayiş etdirmək üçün Müqəddəs Qevorq kilsəsinin divarlarında ona abidə ucaldılmasını təklif edildi. Lakin professor Aleksandr Potsxişvili “Sayat Nova – əfsanələr və həqiqət” əsərində onun Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı deyil, altı il sonra təbii səbəblərdən dünyasını dəyişdiyini isbat edir.
Sayat Novanın milliyəti nə idi? Bəzi qaynaqlara görə onun atasının adı Karapetdir və o, Suriyanın Hələb şəhərindən gələrək Tifilisdə Sara adlı gürcü qızı ilə ailə qurub. Əlbətdə, bu ermənilərin iddialarıdır. Bu günə qədər bunu sübut edəcək rəsmi sənəd, fakt, əlyazma yaxud qeyd ortaya qoymayıblar. Onların yeganə istinad mənbəsi Moskvada təhsil almış, sonra Tifilisə gələrək erməni aşıqlarının mahnılarını toplamayan Qevorq Axverdyandır. Şairin nəsil davamçıları ilə görüşən Qevorq belə araşdırmasında onun erməni olduğunu qeyd etmir, bunu Qafqaz qəzetində rus şairi Yakov Polonski iddia edir ki, guya o, belə yazıb. Realda isə əsərin orjinalında belə cümlə yoxdur. Professor Bondo Arveladze də Sayat Nova barədə yaradılan əfsanələrə və uydurmalara qarşı ardıcıl şəkildə kəskin dəlillərlə çıxış edib.
Professor Mirəli Seyidov 1954-cü ildə işıq üzü görmüş “Sayat Nova” kitabında erməni və gürcü alimlərinin qənaətlərinə istinadən şairin Azərbaycan aşığı olması nəticəsinə gəlmişdir. Eləcə də Qafqazşünas alim Tomas de Vaal Səyat Nəva haqqında maraqlı bir məqama aydınlıq gətirməsinə cəhdi onun aşığın milliyyətinin erməni olmasına olan şübhəsini əks etdirir. Professor Şureddin Memmedli onu gürcü çarı İraklinin sarayında tarçalan Səyyadnəvə kimi qeyd edir. Sayat Əmir zadə və Sərra Sarablının həmmüəlif olduğu “Sayat Nova – Dostumun hicrası ilə oyandım” kitabında isə onun adının Harut Seyyid olduğu qeyd edilir.
Son olaraq qeyd edim ki, erməni oğurluqları barədə tarixdə o qədər faktlar var. Qafqaza gəlmə millət ermənilər o qədər zəif bir ədəbi-mədəni-tarixi dəyərləri var ki, böyük xalqlardan oğurlamaqla özlərini “yüksək” hesab edirlər.
