Cəmiyyətİqtisadiyyat

Quru sərhədləriimizin bağlı olması sabəbindən Gürcüstan Azərbaycana təzyiq edir?

Gürcüstan gördü ki, Azərbaycan xalqı özü öz quru sərhədlərini 5 ildir açdıra bilmir, başladı hər cür iqtisadi əngəllər yaratmağa ki, bəlkə Azərbaycan hökuməti bu əngəllərdən yorulub nəhayət sərhədi aça.

Bir neçə həftədir gürcü gömrükçüləri bura gəlib-gedən yük maşınlarını bərk ləngidir. İndi isə, təzə bir alət də tapdılar. Minval’ın verdiyi xəbərə əsasən, Bakı İrəvana dəmir yolu ilə yanacaq satmaq istəyir deyə, gürcülər bunun öz ərazisindən keçmə qiymətini normal qiymətdən 20-30 dəfə yüksək səviyyədə təyin etdi. Bakı çox narazıdır.

Bəli, qapalı sərhədlər heç bir xoş qonşuluq adətinə uyğun gəlmir. Biz bu adətləri pozuruq. Üstəgəl, Gürcüstan iqtisadiyyatı buna görə xeyli itkilərə məruz qalır. Ona görə gürcülər hərəkətə başlayıb.

Tbilisi biraz da dirənsə, Azərbaycan vətəndaşlarının insan kimi gəzə-gəzə sərhədləri keçmək azadlığı bəlkə də bərpa olundu.

 

İlqar Məmmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Müəllimlər Günü ilə bağlı “hədiyyə” təmtərağı – Valideyn komitələri hər il niyə pul YIĞIR?

redaktor

Pulu bankda, yoxsa “yastıq altında” saxlayaq?

redaktor

Durov barədə yeni təfərrüat: Sevgilisini gəzdirmək üçün Qırğızıstan FHN-dən helikopter götürüb

redaktor