CəmiyyətGündəmMədəniyyət

Sabiq mədəniyyət nazirinin mədəniyyətsiz qızı

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva-Malekinin Azərbaycanın söz sərvətlərindən olan şair Məhsəti Gəncəviyə dil uzatması məni heç də təəccübləndirmədi.

Onun rejissoru olduğu “Məhsəti” adlı filmin süjet xəttindən danışmayacam. Artıq hamı məsələnin nədən ibarət olduğunu bilir. Məhsətini əxlaqsız kimi təqdim etməyi elə Əbülfəs Qarayev kimi mehdiyevçinin qızı edə bilərdi.

Atası Ramiz Mehdiyevin bağında Qoca Mazelliyə xidmət edəndə qızı da xaricdə- Kaliforniyada (ABŞ) Azərbaycan mədəniyyətini aşağılayacaq layihə düşünürmüş.

Özü də görün baş rolda kimi çəkib-qatı feminist Fərqanə Abdullanı. Çünki bu biabırçılığı ancaq Nərmin Şahmarzadənin yolunu gedən biri özünə rəva görə bilərdi. Görün illərdi mədəniyyət sahəsinə kim nəzarət edib.

Qızı yenilik adı ilə tarixi şəxsiyyətimizi, Azərbaycan ədəbiyyatının sütunlarından birini biabırçı tərzdə təqdim edirsə, bunu yəqin atası bilməmiş olmazdı. Çox güman elə sabiq nazir olan atasının mədəniyyət sferasından qazandığı pullar hesabına bu filmi ərsəyə gətirib.

Onsuz da bir neçə ildir Azərbaycanın görkəmli şəxslərinin həyatını, yaradıcılığını təftiş etmək dəbə düşüb. Babək, Koroğlu, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Səməd Vurğun, Süleyman Rüstəm və adı tariximizə düşmüş bir çox şəxsiyyətlərə qarşı qarayaxma hərəkətlərinin haradansa, kimlər tərəfindənsə idarə olunması artıq şübhə doğurmur.

Millətin illərlə fəxr etdiyi simaları başqa görkəmdə təqdim edərək, onları az qala xalq düşməni çıxardaraq milləti xəyal qılrıqlığına uğratmaq istəyirlər. İstəyirlər ki, fəxr edəcəyimiz kimsə qalmasın. Bunun məqsədli şəkildə edilməsi aydındır.

Ona görə də feminist ruhlu Suad Qarayeva-Malekilərdən istifadə olunur. Amma hər kəs də istifadə oluna bilmir. İnsanın əqidəsi, amalı olsa, onu heç bir qüvvə millətinə qarşı hansısa pis hərəkət etdirə bilməz. Bunlar üçün xalq,millət, milliyyət, vətən anlayışı lağlağı, məsxərədir.

Xaricdə sapı özümüzdən olan blogerlər, daxildə bəzi müxalif qüvvələr də bu təxribata öz fəailiyyətləri ilə əlavə “rəng” qatırdılar. Bunların xaç atasının kim olduğu artıq məlumdur.

Kim bilir, bəlkə elə Suad Qarayeva-Maleki də Ramiz Mehdiyev əmisinin tövsiyəsi ilə bu layihəni həyata keçirdib. Normal insan və ya əsl azərbaycanlı öz millətinin nümayəndəsini, özü də dahi şəxsiyyətini yüngül əxlaqlı kimi təqdim etməz.

Onu bu işə imza atmağa kimin vadar etdiyini araşdırıb tapmaq lazımdır.

 

Sima Babayeva

Tacxeber.com

Oxşar xəbərlər

Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı (FOTO)

admin

Məşhur müğənni tanınmaz halda: “15 il efirlərdə olmuşam, indi küçələrdə corab satıram” – VİDEO

redaktor

Artıq masaya daha ciddi kompramatlar qoyulur.

admin