16 C
Bakı
30 Oktyabr 2026 02:39
İdman

“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır” – Mesut Özil

Almaniya millisinin sabiq futbolçusu və Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Mesut Özil partiyanın Konqres Mərkəzində keçirilən “Kitabxana söhbətləri” layihəsinin qonağı olub.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Telefonundakı ən məşhur adla bağlı sualı cavablandıran Özil diqqətçəkən açıqlama verib.

“Telefonumda nömrəsi olan ən məşhur adam Prezidentimiz Rəcəb Tayyib Ərdoğandır. Çünki qalanı yalandır”, – deyə o söyləyib.

Özil futbol karyerasına yenidən başlamaq ehtimalını da istisna edib:“Profesional həyata və futbola qayıtmaq kimi bir niyyətim yoxdur. İstanbulda qurduğum bir layihə var, inşaatına start verilib. Bir il sonra tamamlanacaq. Orada futbol akademiyası yaradacağam. Məqsədim 11–18 yaşlı gənclərə dəstək olmaq, onları dünya futbol səhnəsinə çıxarmaqdır”. (Qafqazinfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Yamalın atası yenə insident törədib

admin

Ribeyro kimi dostu olana düşmən lazım deyil

admin

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin