Ukraynanın Kyivstar operatoru 2025-ci ilin noyabrında Starlink Direct to Cell (DTC) xidmətinin (birbaşa peyk vasitəsilə mobil telefonlarla rabitə) hissə-hissə açılmasına start verib.
Starlink DTC sayəsində adi 4G/LTE dəstəkləyən smartfonlar heç bir antena, yönləndirici və ya xüsusi avadanlıq olmadan — birbaşa peyk şəbəkəsinə qoşula biləcək. Smartfon sadəcə “Kyivstar-SpaceX” kimi peykdən gələn siqnalı baza stansiyası kimi görəcək.
Bu, strateji bir dönüş nöqtəsidir, çünki
–Müharibə və davamlı bombardman, elektrik və rabitə xətlərinə ciddi ziyan vurub. Bləkautlar, mobil şəbəkələrin sıradan çıxması, rabitənin kəsilməsi artıq gündəlik haldır. Belə şəraitdə Starlink DTC kimi peyk-mobil şəbəkə həyati önəm daşıyır: SMS göndərmək, yardım çağırmaq, koordinatlar ötürmək, informasiya mübadiləsi və s;
–Uzaq kəndlərdə, az şəbəkəli regionlarda və hətta cəbhə yaxınlığında rabitə təminatı. Bu, sadəcə gündəlik kommunikasiya deyil, humanitar yardım, yardım-xilasetmə əməliyyatları, mülki və hərbi koordinasiya üçün həyati vasitədir;
–Daha önəmlisi: əgər xidmət sivil istifadəçilər üçün açıqdırsa, növbəti addım kimi bu texnologiyanın Ukrayna Silahlı Qüvvələri (ВСУ) tərəfindən istifadəsinin test edilməsi real görünür. Bu da cəbhə xəttində rabitənin bərpası, mobil internet, idarəetmə, dron/istihbarat əməliyyatlarının dəstəyi baxımından strateji üstünlük verəcik. Ardınca da ruslar tərəfindən istifadə edilən peyk-terminallar deaktiv ediləcək. Belə bir ssenari çox ciddi dönüş nöqtəsi olacaq.
Bütün bunlar yalnız texnoloji yenilik deyil, eyni zamanda münaqişə, enerji blokadaları və sistematik infrastruktur dağıntısı şəraitində Ukrayna ictimai həyatını, rabitəsini və savaş qabiliyyətini qorumaq üçün strateji investisiyadır. Əgər növbəti mərhələlər (səs və data) uğurla reallaşarsa, Starlink DTC sadəcə SMS kanalı deyil, “hər yerdə internet və rabitə” platformasına çevriləcək.
Bu da bəzi ağzıgöyçəklərin bəyənmədiyi İlon Mask.
Elmə, texnolojiyə yatırım “alayı” şeydir, elə deyilmi?
